Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:34

Eldar Mahmudov vəzifədən çıxarıldı


Eldar Mahmudov
Eldar Mahmudov

-

Azərbaycanın Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.

Sərəncamda nazirin vəzifədən kənarlaşdırılmasının hər hansı səbəbi göstərilmir. Hələlik nə onun başqa bir işə keçirilməsi, nə yeni Milli Təhlükəsizlik nazirinin kim olması barədə hər hansı məlumat yoxdur.

59 yaşlı Eldar Mahmudov 2004-cü ildən bu vəzifədə idi. O, bundan əvvəl də Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmış, Milli Təhlükəsizlik naziri təyin olunmazdan əvvəl isə polis orqanlarından sərəncama göndərilmişdi.

Bugünlərdə hökumətdə kadr dəyişiklikləri olacağı, ən azı Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən azad olunacağı barədə yerli mediada xəbərlər dolaşırdı. Amma gözlənilmədən Qazaxıstanda Müstəqil Dövlətlər Birliyinin sammitindən qayıdan prezident İlham Əliyev ertəsi gün Milli Təhlükəsizlik nazirini işdən kənarlaşdırdı.

XS
SM
MD
LG