Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Elçin Quliyevin müavini 4 aylıq həbs edilib


 Əfqan Nağıyev, 2019
Əfqan Nağıyev, 2019

Mayın 15-də Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəis müavini, general-leytenant Əfqan Nağıyev və daha iki nəfər polkovnik barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Azadlıq Radiosuna məhkəmə iştirakçıları məlumat verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürüldüyü deyilir.

General-leytenant Əfqan Nağıyev bu qərardan əvvəl Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilmişdi. Bununla bağlı elə mayın 15-də Prezident İlham Əliyev sərəncam vermişdi.

Ondan bir gün əvvəl, mayın 14-də isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydıqları birgə açıqlamada onun saxlandığı bildirilirdi:

“... Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıblar”.

Hələlik, nə bu açıqlamaya,nə də səslənən ittihama həbs edilən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olub.

Xatırlatma

Son aylar DTX həm Mədəniyyət Nazirliyində və həm də bir neçə icra hakimiyyətində əməliyyatlar keçirib.

Bir nazir müavini, dörd icra başçısı və daha bir neçə vəzifəli şəxs həbs edilib.

Onlar da, əsasən, mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər. Onların da ittihamlara münasibəti ictimaiyyətə açıqlanmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG