Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

«Ağıllı» əlcək sahibini ifaçıya çevirir


«Ağıllı» əlcək
«Ağıllı» əlcək

-

Musiqi ritmini tutmağa, hər hansı bir melodiyanı əşyalar üzərində çalmağa kömək edən «ağıllı» əlcək hazırlanıb.

Cihaz əlcək və biləyə bağlanan birləşdiricidən ibarətdir. Bu birləşdirici biləyə bağlanınca məlumat əlcəklərin barmaq hissələrinə ötürülür vəistifadəçi ritm tutmağa başlayır.

«Ağıllı» əlcəkləri bir ABŞ şirkəti istehsal edib. Şirkət rəsmiləri deyir ki, belə əlcəklərin hazırlanmasına bir vaxtlar 50 min dollar sərmayə lazım olub. Amma cihaz istifadəçiləri o qədər maraqlandırıb ki, qısa müddətdə 110 min dollar investisiya toplaya biliblər.

Əlcəyin hər barmaqcığında 8 fərqli sensor var. Bu sensorlar əlcək sahibinin barmaq hərəkətini ritmə uyğun tənzimləyir, sürət və istiqaməti təyin edir.

«Ağıllı» əlcəklər 199-229 dollara satılır.

XS
SM
MD
LG