Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

'Vergilər nazirinin sifarişiylə saxlanmışam'


Fazil Məmmədov
Fazil Məmmədov

►"Mən Vergilər naziri Fazil Məmmədovun sifarişi ilə girov saxlanılıram".

Bunu iki ildir ki, həbsdə olan vəkil Əliabbas Rüstəmov iyulun 20-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən deyib.

Ə.Rüstəmov bildirib ki, barəsindəki cinayət işi tamamilə qondarmadır və ona bəraətverici əsaslarla xitam verilməlidir:

"Ortada heç bir cinayət yoxdur. Mən sadəcə, Fazil Məmmədovun maliyyə maxinasiyalarını ifşa etdiyimə görə onun sifarişiylə girov saxlanılıram".

Ə.Rüstəmov həmçinin onun apellyasiya şikayətinə baxan Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib.

Hakim bildirib ki, bu etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Bu səbəbdən də məhkəmə prosesi iyulun 22-nə qədər təxirə salınıb.

Buna da bax: Yeni «siyasi məhbus» siyahısı açıqlanıb

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı CM-nin 312-ci (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. O, Beyləqan sakini olan, barəsində vergidən yayınmaya görə cinayət işi başlanmış vətəndaşdan cinayət təqibini dayandırmaq üçün rüşvət vermək məqsədilə 95 min manat pul almaqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il həbs cəzası alan Ə.Rüstəmov isə ittihamı rədd edir və bildirir ki, həmin məbləğin 90 mini hüquqlarını müdafiə etdiyi şəxsin vergi borcunun banka ödənilməsinə, 5 mini isə vəkil xidmətinə görə ona qonorar kimi verilib.

Onu da qeyd edək ki, Ə.Rüstəmov vəkil kimi fəaliyyət göstərməmişdən öncə Vergilər Nazirliyində idarə rəisi işləyib.

Nazirliyin ittihama münasibəti bəlli deyil.

Buna da bax: Həbsdəki şair barədə hökm dəyişdirilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG