Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:02

Elçibəyin ölümündən 19 il keçir


Elçibəy: 'Heydər Əliyevi gətirməkdə mənim təqsirim var'
Gözlə

No media source currently available

0:00 0:05:53 0:00

Elçibəy: Heydər Əliyevi gətirməkdə mənim təqsirim var

Bu gün, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 19 il keçir.

Bu münasibətlə hər il avqustun 22-də Elçibəyin siyasi mübarizə yoldaşları, tərəfdarları və yaxınları onun Fəxri Xiyabandakı qəbrini ziyarət edirlər.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində doğulub.

Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, elə SSRİ dönəmində - 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib. Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa çıxıb. Həmin vaxt onun, əsasən, Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edildiyi bildirilir.

Ə.Elçibəy Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirmək məcburiyyəti qarşısında qalıb. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Ə.Elçibəy Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.

Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib. O, Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.

Ə.Elçibəyin birillik hakimiyyəti daha çox ölkənin təhsil ocaqlarına qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG