Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Ekvador Assange-ın Londondakı səfirliyindən çıxarılmasını göstəriş verməyib


Ecuador -- Ecuadorean President Lenin Moreno speaks during a press conference at Carondelet Palace in Quit, May 29, 2017

Ekvador prezidenti Lenin Moreno WikiLeaks saytının banisi Julian Assange-nin Londondakı Ekvador səfirliyindən çıxarılması barədə göstəriş verməyib.

Bunu Ekvador hakimiyyətinin bəyanatına istinadla, yerli “El Telegrafo” nəşri yazıb.

Bəyanatda bildirilir ki, Assange barədə qərar Ekvador və İngiltərə hökumətləri arasında dialoq yolu ilə həll olunmalıdır.

Mereno bu günlərdə bildirib ki, Jullian Assange-nın Londondakı Ekvador səfirliyində qalması əbədi davam edə bilməz.

Kütləvi informasiya (KİV) vasitələri bundan əvvəl Assange yaxın vaxtlarda Ekvador səfirliyindən çıxarıla bilməsi barədə məlumat yaymışdılar.

Assange 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınıb.

Julian Assange. 5 fevral 2016. Londondakı Ekvador səfirliyi.
Julian Assange. 5 fevral 2016. Londondakı Ekvador səfirliyi.

O, İsveçin sorğusuna və gələcəkdə ABŞ-a verilə bilməsinə görə səfirliyi tərk edə bilmir.

ABŞ onu hərbi və diplomatik məxvi sənədlərin yayılmasında ittiham edir.

46 yaşlı Assange İsveçdə zorlamaya görə ittiham olunurdu. Assange bu ittihamları rədd edirdi. Sonradan İsveçdəki ittihamlara xitam verilib.

Amma Assange qorxur ki, səfirlikdən kənara çıxsa saxlanıb ABŞ-a ekstradasiya oluna bilər.

Buna da bax: "Britaniya hakimi Assange barədə həbs orderini ləğv etmədi"

XS
SM
MD
LG