Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio paytaxt Kitoda keçirdiyi mitinqdən sonra naməlum şəxs tərəfindən başına açılan üç atəşlə qətlə yetirilib.
Ekspereso saytının məlumatına görə Vilyavilensio polis tərəfindən onun üçün ayrılmış avtomobilə əyləşərkən güllələnib.
Bu hadisədən bir həftə əvvəl prezidentliyə namizəd narkotik alveri ilə məşğul bandadan ölüm hədələri aldığını bildirmişdi.
Siyasətçiyə hücum zamanı doqquz nəfər yaralanıb. Onlardan yeddisi xəstəxanaya yerləşdirilib. Yaralıların arasında deputatlığa namizəd Gizella Molina və iki polis nəfəri də var.
Vilyavisensionun qətlində şübhəli bilinən şəxs saxlanma zamanı yaralanıb və xəstəxanada keçinib.
Ecuavisa telekanalının məlumatına görə sui-qəsdlə bağlı daha 6 şübhəli saxlanıb.
Vilyavilensionun ölümündən sonra hazırkı prezident Gilyermo Lasso ölkədə 60 günlük fövqəladə vəziyyət elan edib.
Ekvadorda erkən prezident və parlament seçkiləri avqustun 20-ə təyin edilib.