Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Ekspert yeni vətəndaş-bank çəkişmələrinin anonsunu verir


dollar manat
dollar manat

2018-ci ildə məhkəmə icra məmurlarında olan 872 833 işdən 536 732-i kredit borclarını əhatə edib.

Bu barədə mayın 17-də “FINTEX - Maliyyə və Texnologiyalar Sammiti” çərçivəsində keçirilən paneldə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qrup rəhbəri Tural Məmmədov danışıb.

Onun sözlərinə görə, bu icraatda olan işlərinn 60 faizidir.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, bank və vətəndaş arasında olan problemlər doğrudan da məhkəmə yükünü dəfələrlə artırıb.Onun vurğulamasına görə, bundan əlavə məhkəmələr həmin işlərdə “ştamp” qoyur, yəni vətəndaşların xeyrinə olmayan qərarlar verirlər:

“Prezident bu il fiziki şəxslərin 10 min dollara qədər problemli kreditlərin restukturizasiyası barədə fərman verdikdən sonra bu işlərin böyük əksəriyyəti məhkəmələrdən geri çəkildi. Amma sözügedən fərman heç də vətəndaşların hamısına aid edilməyib. Həmin işlər üzrə problemlər qalacaq və davam edəcək”.

İqtisadşı deyir ki, 2015-ci il devalvasiyalarından dəymiş zərərin tamamının aradan qaldırılmasından ötrü addımlar atılmalı idi:

“Devalvasiya barədə qərarı hökümət inzibati qaydada vermişdi. Bu qərar inzibati olduğu üçün məsuliyyəti rəsmi strukturlar daşımalıdılar. 10 min dollardan yuxarı kreditləri olan vətəndaşlar və kredit borcları olan biznes strukturlar buna görə məsuliyyət daşımamalıdır. Təəssüf ki, bu problem kökündən həll olunmadı və bir müddət sonra yenidən başını qaldıracaq, məhkəmələrin yükü gələcəkdə yenə artacaq”.

“Xarici banklar ölkəyə buraxılmalıdır”

Natiq Cəfərli
Natiq Cəfərli

N. Cəfərli qeyd edib ki, devalvasiyadan sonra götürülmüş kreditləri də problemli hesab etmək olar:

“Çünki faizlər çox yüksək olduğundan götürülmüş kreditlər bir müddət sonra problemli kreditlərə çevrilir. Gələcəkdə onlar da gündəmə gələcək, yenidən məhkəmə çəkişmələri olacaq və hər şey təkrarlanacaq”.

Ekspert yaranmış vəziyyətdən çıxış yolu kimi dövlətin problemli kreditlər məsələsini kökündən həll etməsini lazım bilir. Onun fikrincə, 10 min dollardan çox borcu olan vətəndaşlara və biznes qurumlarına da devalvasiyadan dəymiş ziyan ödənilməlidir:

“Həmçinin dövlət kredit faizlərin aşağı düşməsi üçün zəmin hazırlanmalıdır. Bunu üçün xarici banklar ölkəyə buraxılmalıdır ki, rəqabətli mühit olsun…”

​Xatırlatma

Bu il fevralın 28-i prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərman banklara 10 min dollardan az borcu olan vətəndaşlara şamil olunub.

2015-ci ildə Azərbaycanda iki ( fevral və dekabr aylarında) devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib. Bu fərmanla banklara 10 min dollar qədər borcu olan fiziki şəxslərə devalvasiyalarla dəyən ziyan əsasən dövlətin verdiyi kompensasiya ilə ödənilir. Belə şəxslərin sayı təqribən 600 min civarındadır.Fərmana qədər ölkədə problemli kreditlərin həciminin ümumilikdə1,6 milyard manat olduğu bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG