Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:32

Ekspertdən quzu əti idxalı ilə bağlı suallar


R.Ağayev
R.Ağayev

«Mən ölkəyə invoys qiymətləri nəzərə alınmadan bir kiloqram quzu ətinin 17 dollara rəsmiləşdirilməsini nümunə olaraq göstərmişəm və bu, idxalçıların şikayəti əsasında bildirilib».

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev söyləyib.

R.Ağayev deyib ki, yaydığı informasiyada təkcə quzu ətinin yox, bir çox başqa məhsulların da dəyərindən baha rəsmiləşdirildiyini göstərib, amma komitə onlara cavab verməyib.

R.Ağayev vurğulayıb ki, quzu ətinin ən çox ixracatçıları Avstraliya və Yeni Zelandiyadır, amma onlarda bu qiymət 5-6 dollardan o yana keçmir: «Bir də axı cəmi iki il öncə quzu ətinin bir kiloqramının 1 dollara rəsmiləşdirilməsi kimi fakt var. İndi necə olur ki, iki ilə bu rəsmiləşdirmədə qiymət 17 dəfə artır?».

İqtisadçının bu suallarına isə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

DGK
DGK

Quzu ətinin 1 kiloqramının gömrük dəyəri 17 dollar

Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə bəzi qurumların gətirdiyi quzu əti ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, 2018-ci ildə ölkəyə gətirilən quzu ətinin idxalatçıların invoys qiymətləri nəzərə alınmadan rəsmiləşdirilməsinə eyham vuran məlumatlar əsassızdır.

Komitə belə bir məqama diqqət çəkib ki, ötən il 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dollar olan 350 kiloqram quzu əti idxal edilib. Onun da gömrük rəsmiləşdirilməsinin idxalatçıların təqdim etdiyi sənədlər əsasında aparıldığı bildirilir.

Açıqlamaya üstəlik vurğulanıb ki, bir il ərzində bəhs edilən quzu ətinin idxaldakı payı cəmi 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib. Komitənin mövqeyinə görə, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək gülüncdür: «Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir. Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun tam şəffaf şəkildə aparılır».

Xatırlatma

17.7 ABŞ dolları təqribən 30 Azərbaycan manatı edir. Hazırda Azərbaycanda quzu əti 13-14 manata satılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG