Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 19:27

Erməni ekspert: 'Belə getsə, Azərbaycan sülhməramlılardan imtina edəcək'


AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna müsahibəsində Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə eksperti Olesya Vartanyan deyib ki, belə getsə Azərbaycan 2025-ci ildə Qarabağdakı Rusiya sülhməramlılarından imtina edəcək:

“Düşünürəm ki, biz özümüzə və bilavasitə münaqişə zonasında təhlükə altında yaşayan insanlara səmimi şəkildə belə bir təhlükənin olmasını deməliyik”.

Ekspertin sözlərinə görə hazırda Rusiya tərəfi onun ixtiyarında olan məhdud sülhməramlı kontingentinin çərçivəsində Qarabağda asayişi qoruyur:

“Rusiya sülhməramlılarının rəhbərliyi bu yaxınlarda baş vermiş eskalasiya zamanı öz missiyasının nədən inbarət olduğunu ilk dəfə açıq bəyan etdi. Onlar missiyanı sakitlik rejiminə əməl olunmasında görürlər ki, esklalasiya bərpa olunmasın. Yəni onların missiyasına yerli əhalini müdafiə etmək funksiyası daxil deyil”.

Olesya Vartanyan
Olesya Vartanyan

Qarabağdakı silahl birləşmələr nə üçündür?

Vartanyanın sözlərinə görə Rusiya missiyasının tərkibini, ixtiyarında olan silahları bilən istənilən ekspert də təsdiq edər ki, sülhməramlıların missiyası bundan artığına qabil deyil:

“Onların sayı çox azdır, yüngül silahlarla silahlanıblar və bundan yalnız özlərini müdafiə etmək üçün istifadə edə bilərlər. Bunlar yerli əhalini, məsələn hər hansı qarşıdurma zamanı müdafiə edəcək adamlar deyillər”.

Olesya Vartanyan deyib ki, məhz buna görə də erməni tərəfi Qarabağda hansısa təhlükəsizliyi təmin etmək tələbini irəli sürəndə, 2020-ci ilin nəticələri də daxil mövcud reallıqları nəzərə almalıdır:

“Sadə dillə desək, əgər müharibə olsa, bu Dağlıq Qarabağ hərbi birləşmələri nəyə lazımdır və ya onlar bu müharibənin olmaması üçün nə etməlidirlər? Onlar həqiqətən nə dərəcədə bunun qarşısını ala bilər? Mənə elə gəlir ki, burda daha konkret və detallı söhbətə ehtiyac var. Həm də ona görə ki, xarici partnyorlarımız, eləcə də yerli əhali bizi başa düşsün. Onlarla yerli qüvvələrin onları həqiqətən də qoryuya bilib-bilməyəcəyinə dair açıq söhbət olmalıdır”.

Qarabağ 2025-dən sonra

Ekspert qeyd edir ki, həm Bakı, həm də Yerevan Rusiya sülhməramlıları məsələsində təzyiq göstərirlər və nəticədə hətta 2025-ci il gəlib çatanadək sülhməramlılar öz vəzifələrini yerinə yetirmək iqtidarında olmaya bilərlər:

“Mənə elə gəlir ki, Rusiya sülhməramlıları ilə bağlı bu məsələləri, xüsusilə də açıq şəkildə qaldıranlar etdiklərinin mümkün nəticələrini dərk etməlidirlər. Onlar başa düşməlidirlər ki, sadəcə olaraq Rusiya sülhməramlıları olub-qalan funksiyalarından da məhrum olarlar”.

Ekspert daha sonra deyib:

“Digər tərəfdən, əgər biz o barədə danışırıqsa ki, 2025-ci ildən sonra Dağlıq Qarabağ nə olacaq, belə bir sual verməliyik: Rusiya sülhməramlılarını əvəz etmək və ya onların mövcudiyyətini gücləndirmək, onu tammiqyaslı missiyaya çevirmək, buna hansısa beynəlxalq kontingent əlavə etmək mümkün olacaqmı? Təəssüf ki, bu diskussiyanı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasından xoşlanmayanlar da aparmırlar. Bu ya ona görədir ki, biz hazırda reallıqla üz-üzəyik, ya da ona görədir ki, onların orada nə işlə məşğul olduqlarını və hərəkət areallarının nə qədər məhdud olmasını hamımız başa düşürük”.

Hələ bir həftə köhnə Laçın dəhlizindən istifadə olunacaq
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG