Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:42

Ekspert: 'Kreditin şərtləri dəyişməlidir'


Kimlər təhsil haqqından azad edilsin?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Kimlər təhsil haqqından azad edilsin?

Bu günlər təhsil nazirinin müavini İdris İsayev tələbələrə kreditlərin verilməsi məsələsinə toxunub. O, bu məsələ ilə bağlı müəyyən hazırlıqların görüldüyünü söyləyib.

Əslində, 2015-ci ildə Azərbaycanda bir çox dövlət ali təhsil müəssisələri tələbələrin illik təhsil haqlarının ödənilməsi məqsədilə «Maarifçi» Tələbə Kredit Fondu yaradıblar.

Bu Fond aztəminatlı ailələrdən olan tələbələrə təhsil almaqdan ötrü kredit verməlidir. 60 aydan sonra qaytarılmalı olan kreditin illik məbləği maksimum 4 min manatdır. Verilən məlumata görə, kreditin güzəşt müddəti isə 1 ildir. Kredit verilməsindən ötrü tələbədən girov və ya zəmanət tələb edilmir. Lakin faizin mövcud olduğu qeyd edilir.

Amma bu vaxta qədər bu Fondun cəmi 200-dən bir qədər çox kredit müqaviləsi bağladığı bildirilir.

Təhsil üzrə ekspert Kamran Əsədov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda dövlət ali müəssisələrindəki təhsil haqları reallığı əks etdirmir və çox bahadır. Onun sözlərinə görə, universitetlər aldığı təhsil haqqına uyğun kadr hazırlamır. Digər tərəfdən, o, hesab edir ki, tələbələrin maddi imkanları nəzərə alınmalıdır: «Hamının o qədər də imkanı yoxdur ki, universitetlərin təklif etdiyi qiymətlərlə təhsil alsın. Ona görə də bir çox insanlar ölkədə ali təhsil almadan ya xaricə üz tuturlar, ya da məcbur olub kredit götürürlər».

Təhsil haqqı sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

«Xarici universitetlərin çoxunda təhsil haqları aşağıdır»

Ekspert vurğulayıb ki, xarici universitetlərin çoxunda eyni ixtisaslar üzrə təhsil haqları Azərbaycandakılardan aşağıdır. Təhsil haqlarından ötrü verilən kreditlərə gəlincə isə, K.Əsədov deyib ki, onlar ayrı bir problemdir: «Tələbələrimiz universitetləri bitirəndən sonra işlə təmin olunmaq məsələsində sıxıntı yaşayırlar. Bu isə o deməkdir ki, borclar problemli kreditlərə çevriləcək. Ona görə də ən vacib məsələ kreditlərin verilməsi deyil, eyni zamanda tələbələrə işlə təminatında köməklik göstərilməsidir».

K.Əsədov təhsil sahəsində kreditlərin verilməsi şərtlərinin dəyişdirilməsini təklif edir. O hesab edir ki, bu sahədə verilən kreditə müddət qoyulmamalı və faiz alınmamalıdır: «Mövcud qaydalara görə, kredit almaq üçün tələbənin akademik borcu olmamalıdır, valideynlərinin illik gəliri isə 10 min manat və ya bundan az olmalıdır. Belə gəliri olan ailə niyə kredit götürsün ki? Ona görə də, Fonda müraciətlərin sayı çox deyil. Düşünürəm ki, şərtlər mütləq yumşalmalıdır».

Xatırlatma

«Maarifçi» Tələbə Kredit Fondu 2015-ci ildə yaradılıb. Fond ölkənin aparıcı ali məktəblərinin iştirakı ilə formalaşdırılıb. Bu ilin fevralın 28-də «Maarifçi» Tələbə Kredit Fondunun ilk icraçı direktoru Rüfət Mahmud qurumun Himayəçilik Şurasının iclasında qeyd edib ki, 3 il ərzində ümumilikdə 223 təhsil krediti müqaviləsi imzalanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG