Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:37

Ekspert: 'İnternetdə hər şey nəzarətə alınır'


İnternet provayder. Foto arxiv
İnternet provayder. Foto arxiv

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uçota durmayan internet operator və provayderlərinə xəbərdarlıq məktubu göndərdiyi bildirilir. Xəbərdarlıq məktubları barədə bilgilər sosial şəbəkələrdə yayılıb.

«Turan» agentliyinin məlumatına görə, məktublarda qeyd edilir ki, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər (internet provayder və host provayderlər) nazirliyə «Elektron hökumət» vasitəsilə müraciət edərək uçota durmalıdır. Uçota durmayanları inzibati cəza - 1000-1500 manat cərimə gözləyir.

İndi bir sıra şəxslər hostinq xidməti göstərilməsinə görə uçot tələbinin doğru olmadığını bildirirlər. Eyni zamanda, bəzi ekspertlər də düşünürlər ki, bu, hostda saxlanan məzmuna müdaxilə olunması riski doğurur.

«Turan» agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bu məsələ ilə bağlı şərh istəyib. Nazirliyin təmsilçisi Kamal Məmmədov bildirib ki, bu qurum, sadəcə olaraq, qanunvericiliklə üzərinə qoyulan vəzifəsini icra edir:

«Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə «İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması qaydası» təsdiq edilib. Həmin qaydanın 1.2-ci maddəsində qeyd edilib ki, internet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur. Buna əsasən, uçot aparılır».

Nazirlik təmsilçisi iddiaları ciddi saymır

Onun sözlərinə görə, son zamanlar uçot məsələsinə diqqət yetirilməsi təhlükəsizlik məsələlərinin daha çox önəm kəsb etməsi ilə bağlıdır.

K.Məmmədov hostda saxlanılan məzmuna nəzarət iddialarının ciddi olmadığını da qeyd edib.

Gözlənilən cərimələr...

Agentlik bildirir ki, nazirlik müvafiq qaydada uçotun aparılması, müraciətlərin «Elektron hökumət» portalı üzərindən baxılması, qəbulu və cavablandırılmasından ötrü texniki imkan yaradıb. İnternet operator və provayderlərə mayın 20-dək müvafiq qaydada uçota durmaqdan ötrü vaxt verilib. Mayın 20-dək uçota durmayan host provayderlər İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin müddəada vəzifəli şəxslərə 1000, hüquqi şəxslərə isə 1500 manat cərimə nəzərdə tutulur.

Ekspert rəyi

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, qanunvericiliyə dəyişiklik edilib və hazırda həmin dəyişikliyi tətbiq edirlər.

«Məsələ budur ki, internet sferasında hər şey nəzarət altına alınır. Onsuz da provayderlər və host provayderlər bu sahədə hər hansı hüquq əldə edəndə qeydiyyatdan keçir. Həm də qeydiyyat sadə olmur. Dolayısı ilə bunların hamısının qeydiyyatı var. Təkrar qeydiyyatdan keçirmək, bir növ, ikiqat lisenziyalaşdırma kimi bir şeydir. Bu, hal-hazırda tətbiq olunur», - o qeyd edib.

Ekspert hesab edir ki, provayderlərin fəaliyyətlərinə nəzarət edilməsi ilə bağlı şübhələri əsaslıdır. Onun deməsinə görə, onsuz da bundan əvvəl də vətəndaşların informasiyalarına bu və ya digər formada nəzarət etmək imkanı mövcud olub: «İndi, ola bilsin, provayder və operatorlara bu çərçivədə daha ciddi nəzarət altında olduqlarını hiss etdirmək üçün belə bir tənzimlənməyə ehtiyac duyurlar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG