Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Ekspert: 'Belə tenderlərin keçirilməsi qanunaziddir'


R.Həsənov
R.Həsənov

«Belə tenderlərin keçirilməsi tamamilə qanunaziddir, tenderə qatılan şirkət məlum sahə üzrə bir neçə illik təcrübəyə malik olmalıdır. Ya da o, bu sahədə fəaliyyəti olan şirkətin törəmə hissəsi kimi, hansısa daha primitiv əməliyyatları yerinə yetirmək üçün yaradılmalıdır», - iqtisadçı-ekspert Rəşad Həsənov «Azərişıq» ASC-nin keçirdiyi tenderin qalibi olan iki şirkətlə bağlı danışarkən deyir. Məsələ ondadır ki, həmin şirkətlər tender elan olunandan iki həftə sonra yaradılıblar. Və ASC onlarla bir milyon manatlıq müqavilə bağlayıb. Onlara eyni şəxs rəhbərlik edir.

Ekspert deyir ki, bu tenderlərlə bağlı Nazirlər Kabineti müəyyən qaydalar qəbul edib, həmin qaydalarda da tenderə qatılan şirkətin məlum sahədə təcrübəsi, səriştəsi, maliyyə-əməliyyat bacarığının olması şərt kimi irəli sürülür.

Milyonluq sifarişlərin qalibi olan şirkət necə iflasa uğradı?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

«Görünür, bir neçə şirkəti rəqabət görüntüsü yaratmaq naminə tenderə qatıblar, tenderin qalibini elan ediblər. Amma bu tenderə qatılan və qalib olan şirkətin təkliflərinin nədən ibarət olması, digər şirkətlərdən fərqli hansı təkliflər verməsi, bu təkliflərin səmərəliyinin nədən ibarət olması həmişəki kimi ictimaiyyətə açıqlanmayıb», - R.Həsənov durumu izah edir.

O hesab edir ki, Azərbaycanda ümumiyyətlə, tenderlərin keçirilməsinə yanaşmalar özü doğru deyil və yanaşmanı dəyişmək lazımdır.

Xatırlatma

«Azərişıq» ASC tender elan etdikdən iki həftə sonra yaradılmış iki şirkətlə təxminən 1 milyon manat dəyərində iki müqavilə bağlayıb. Həmin şirkətlərin hər ikisinin də direktoru Nazim Quliyevdir.

«Azərişıq» tenderi mayın 15-də elan edib. Şirkətlərdən biri «Elektrik-Təchizat» mayın 30-da, digəri «Qlobal-Elektro» isə iyulun 18-də təsis edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG