Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:24

Ekspert: 'Bazar iqtisadiyyatında möhtəkir...'


N.Cəfərli
N.Cəfərli

«Prezident dünən, aprelin 30-da süni qiymət artımından, möhtəkirlikdən danışdı. Çox sadə düstur var: əgər hər hansı bir ölkədə rəqabətli mühit, işlək qanunlar, azad iqtisadi qaydalar varsa, həmin məmləkətdə süni qiymət artımı olmur, möhtəkirlik mümkün deyil».

Bunu REAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli dövlət başçısı İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetində 2019-cu ilin ilk rübünün yekunlarına dair keçirilmiş iclasdakı çıxışını dəyərləndirərkən bildirib.

Ekspertin fikrincə, əgər möhtəkirlik və süni qiymət artımı varsa, deməli, həmin ölkədə dövlət məmurları səviyyəsində dəstəklənən inhisarçılıq, korrupsiya var: «Rəqabətli mühit, iqtisadi azadlıqlar yoxdur. Əslində hər şey bu qədər bəsitdir».

N.Cəfərli deyir ki, Azərbaycanda dövlətin ancaq tənzimlənən mallara müdaxilə səlahiyyəti var: «Pərakəndə satışla məşğul olan şəxs, şirkət öz satdığı mala istədiyi qiyməti qoya bilər və burada yeganə tələb qazancdan dürüst vergi ödəməsidir».

İqtisadçı bildirir ki, «möhtəkir» anlayışı sovet yanaşmasıdır, bazar iqtisadiyyatında möhtəkir olmur. N.Cəfərliyə görə, normal ölkələrdə dövlət ədalətli hakim rolunu oynayır, məmuru biznesdən qopardır, rəqabətli mühiti təşviq edir: «Beləliklə də qiymətlər təbii yolla, orqanik olaraq tənzimlənir».

Prezident nə demişdi

Dövlət başçısı İ.Əliyev aprelin 30-da məlum toplantıda demişdi ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz.

Ölkə başçısı əlavə etmişdi ki, ölkədə makroiqtisadi vəziyyət sabitdir: «Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır,... Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG