Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:22

Əkrəm Əylisli: 'O sözün yerini boş qoyun'


Əkrəm Əylisli
Əkrəm Əylisli

Yaziçi Əkrəm Əylislinin fikrincə,azərbaycanlıların gerçək həmrəyliyinə mənəvi təməl çatmır

“Azərbaycanlılar nəinki dünyada, heç daxildə həmrəy deyillər”, -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yazıçı Əkrəm Əylisli AzadlıqRadiosu-na müsahibəsində belə deyir. O, Yeni İl öncəsi ayaqüstü müsahibəsində gələn ildən gözləntilərinə də toxunur.

-Əkrəm bəy, dünya azərbaycanlıları nə dərəcədə həmrəy görünürlər?

-Azərbaycanlılar heç daxildə həmrəy deyillər, o ki qala dünyada. Həmrəy olmaq üçün mənəvi əsas, mənəvi fundament tapılmayıb. O mənəvi fundament tapılandan sonra milli həmrəylikdən danışmaq olar.

Buna da bax: Nobel mükafatına namizəd yazıçı Əkrəm Əylisli ilə söhbət​

-Siz İran və Azərbaycan azərbaycanlılarının münasibətlərini nəzərdə tutursunuz?

-Xeyr. İran Azərbaycanı ilə bizim aramızda mənəvi irsiyyət yoxdur. Bir millət ola bilərik, ancaq mədəni və mənəvi birliyimiz yoxdur. Həmrəy olmaq üçün birgə mədəni və mənəvi inkişaf lazımdır. Biz birgə inkişaf eləmirik, axı.

Buna da bax: Əkrəm Əylisli prezidentə açıq məktub yazıb​

-Sizcə hansı dəyər bütün azərbaycanlıları birləşdirir?

-Necə deyim sizə... əgər biz bu dəyəri tapsaq... Əvvəla, bu dəyərin ünvanını bilmək lazımdır. Bu dəyərin ünvanını biləndən sonra o dəyər barəsində danışmaq olar.

-Son illərdə Azərbaycan dünyada diaspor biçimində təşkilatlanmağa çalışır, onlarla diaspor təşkilatı var. Sizcə, onlar Azərbaycana nə dərəcədə lobbiçilik edirlər?

-Bizim milli mənfiliklərimiz bu məsələdə də özünü hərtərəfli göstərir. Bir-birləri ilə didişir, bir-birlərini nəyə görəsə görmək istəmirlər. Bunlar hamıya məlumdur, soruşsanız da-soruşmasaz da. Hər kəs orda (diaspor təşkilatlarında – red.) nə baş verdiyini görür.

Əkrəm Əylisli AFP-ə müsahibə verir, 13 fevral 2013
Əkrəm Əylisli AFP-ə müsahibə verir, 13 fevral 2013

-Əkrəm bəy, bir neçə saatdan sonra il dəyişəcək. Yeni ilə Azərbaycan xalqı nə ilə gedir?

-Hər halda bu il çox hadisələr baş verdi. Yaranmış iqtisadi problemlər gələn ilə böyük ümidlər vermir. Hamımız istəyirik ki, gələn il yaxşı olsun. Həmişə hamı istər ki, gələn il bu ildən yaxşı olsun. Mən bədbin adam deyiləm, amma görürəm ki, bizi qarşıda heç də firavan və rahat günlər gözləmir. Bilirsinizmi, cəmiyyətin ovqatından asılıdır: tənəzzüləmi köklənib, inkişafamı? Cəmiyyət tənəzzülə köklənəndə, gözlənilməz hadisələr çox olur.

Buna da bax: Əkrəm Əylisli Nobel mükafatına namizəddir

-Sözünüzdən belə anlamaq olur ki, bu gün Azərbaycan cəmiyyəti tənəzzülə köklənib...

-Mən onu hiss edirəm ki, bütövlükdə götürəndə, ovqat nikbin deyil.

-Əkrəm bəy, bir yazıçı kimi 2016-cı ilə bir kəlmə ilə yekun vurmaq istəsəniz, hansı sözü işlədərdiniz?

-Hansı sözlə yekun vurardım? O sözü fikirləşib tapmaq lazımdır. Siz o sözün yerini boş qoyun... Siz məndən metafora istəyirsiniz. Metafora bədahətən, havadan gəlmir, onu tapmaq üçün oturub düşünmək lazımdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG