Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Ekologiya sahəsində qurumların sayı azalacaq


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu gün, yanvarın 16-da prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı fərman verib.

Fərmana əsasən ətraf mühitin mühafizəsi departamentinin əsasında nazirlik yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında isə Meşələrin İnkişafı Xidməti yaradılmalıdır.

Habelə, ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Milli Hidrometeorologiya Xidməti yaradılması qərarı verilib.

Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamenti, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu da olmayacaq. Onların əsasında da Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılmalıdır.

Fərmanla həmçinin, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir. Onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməlidir. Habelə, həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə veriləcək.

Bundan başqa, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir.

Dövlət Ekspertiza İdarəsinin əsasında isə publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) yaradılmalıdır.

Şuşa, Ağdərə, Kəlbəcər,Laçln və Zəgilan meşə təsərüfatları ...

Bundan başqa, Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılması da öz həllini tapmalıdır.

Eyni zamanda, ona qədər qurumun isə İcra Qrupları ləğv edilir.

Ən nəhayətdə isə Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurum yaradılmalıdır.

Xatırlatma

Son günlər dövlət başçısı bir sıra dövlət qurumları əsasında vahid bir qurumun yaradılması, bəzi qurumların isə ləğv edilməsi ilə bağlı bir sıra fərmanlar verib. Hökümət bu fərmanları sturuktur islahatı kimi təqdim edir. Müxalifətin fikrincə, isə indi idarəetmə sistemində islahat yox, ixtisar aparılır.

XS
SM
MD
LG