Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Azərbaycanla bağlı konsensus alınmayıb


EITI-nin toplantısı.
EITI-nin toplantısı.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında Azərbaycanla bağlı uzun müzakirələrdən sonra konsensus alınmayıb. Bunu İdarə Heyətinin üzvü Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

O əlavə edib ki, bu səbəbdən Azərbaycanla bağlı müzakirələr bu gün – martın 9-da davam etdiriləcək.

«Martın 8-dəki iclasda beynəlxalq idarə heyəti Tacikistan, Solomon Adaları və Qırğızıstanın fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etdi», – deyə iqtisadçı bildirib.

Buna da bax-Azərbaycanda QHT-lər arasında yeni çəkişmə: Bakı öhdəliklərini yerinə yetirib, ya yox?

XATIRLATMA

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edir. Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edir ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EITI 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG