Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Qabil Məmmədov: ‘Əgər bir genral hələ də ədalətə nail ola bilməyibsə...’


Qabil Məmmədov
Qabil Məmmədov

Ali Məhkəmə də Qabil Məmmədovun iddasını təmin etməyib

Dünən, yanvarın 25-də Ali Məhkəmə növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Qabil Məmmədovun iddiasını rədd edib. Nəticədə Bakı Apelliyasiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Bu barədə Qabil Məmmədovun özü məlumat verib.O, bu qərarı əsassız hesab edir:

“Ali Məhkəmədə hakim İlqar Hüsenovun sədrliyi altında keçirilən məhkəmə iclasında heç bir səbəb göstərmədən iddiam təmin olunmadı. Haqlı olmağımızı tam olaraq sübuta yetirsək də, amma alınmış təlimat əsasında şikayətim qəbul edilmədi.”

Bu açıqlamaya, hələlik, Ali Məhkəmədən münasibət almaq mümkün olmayıb.

Qabil Məmmədov 73 saylı Lənkəran seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyini vermişdi.

***

73 saylı Lənkəran Seçki Dairəsindən deputat olmaq istəyən keçmiş korpus komandiri Qabil Məmmədov-un namizədliyi qeydiyyata alınmayıb.

Bu barədə məlumatı Qabil Məmmədovun özü verib.

Onun deməsinə görə, Dairə Seçki Komissiyası (DSK) buna səbəb kimi əmlakı barədə düzgün məlumat verilməməsini və toplanmış seçici imzalarında şüphə doğuran imzaların olmasını əsas gətirib.

Qabil Məmmədov DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına (MSK) muraciət etmişdi. Onun vurğulamasına görə, MSK DSK-nın əmlak barəsində iradlarını əsassız hesab etsə də, imzalarla bağlı məsələnin üzərində dayanaraq DSK-nın qərarını qüvvədə saxlayıb.

Qabil Məmmədov adına çıxılan bəzi əmlakın ona məxsus olmadığını deyir:

“Barəmdə saxta sənədlər hazırlayıblar”

“Mənə mane olmaq üçün barəmdə saxta sənədlər hazırlayıblar. Güya maşınlarım, hektarlarla torpağım var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alıb MSK-ya təqdim etdim ki, adıma yazılan əmlak mənim deyil. MSK bunu nəzər aldı. Əvəzində dedilər ki, 496 imzadan ( qeydiyyat üçün 450 imza tələb edilir-red) 57 imza etibarsızdır.MSK şikayətimi təmin etmədi.”

Qabil Məmmədovun deməsinə görə, Bakı Apelliyasiya Məhkəməsinə üz tutub.Lakin məhkəmə onun şikayətini qəbul etməyib:

“Bununla bağlı Ali Məhkəməyə şikayət etdim. Ali Məhkəmə yanvarın 17-də şikayətimi təmin etdi və işi Bakı Apelliyasiya Məhkəməsinə göndərdi.Yanvarın 22-dı Bakı Apelliyasiya məhkəməsi işə baxdı və iddiamı rədd etdi.Yenidən Ali Məhkəməyə müraciət etmişəm.Ali Məhkəmə yanvarın 27-də işə baxacaq.”

“Görünür, kimlərsə məni özlərinə ciddi rəqib hesab edirlər”

Qabil Məmmədov hesab edir ki, onu seçkiyə buraxmamaq üçün maniələr yaradırlar:

“Mənim huquqlarımı məhdudlaşdırırlar.Hamı seçki təşviqatı ilə məşquldur, mən isə məhkəmələrdəyəm, 4 dəfə məhkəmə olub.Yalandan vaxtı uzadırlar ki, təşviqat üçün vaxtım qalmasın ( Təşviqat seçkiyə 1 gün qalmış, fevralın 8-də dayandırılmalıdır-red). Məni kimlərləsə səhv salırlar. Prokurorluğa da sənədləri təqdim etmişəm. Hakimiyyətin adına xələl gətirirlər, təxribat edirlər. Adıma 7 ədəd maşın, 2 hektar torpaq yazlblar. Güya imzalar şübhə doğurur, hansısa kənd bələdiyyə sədirnin müavini mənim üçün imza toplayıb. Hamısı yalandır. Görünür, kimlərsə məni özlərinə ciddi rəqib hesab edirlər. Bu yolla məni seçkidən kənarlaşdırmaq istıyirlər.”

O məhkəmələrin işindən də narazı qaldığını söyləyir:

“Görün bu oliqarx-məmur şəbəkəsi sıravi vətəndaşların başına hansı oyunları açır.”

“Məhkəmənin sədri imzalarla bağlı deyir ki, faktlar var. İki izahatı ortaya qoyur. Güya 10 nəfər imzadan imtina edib. Güya bəzi imzalar çatışmır. Mənfur vasitələrdən istifadə edirlər. Köhnə və təzə şəxsiyyət vəsiqələri var. Köhnədə vəsiqənin verilmə tarixi göstərilir, təzədə isə vəsiqənin bitmə tarixi var. İmza vərəqələri köhnə vəsiqəyə uyğun hazırlanıb.Təzə vəsiqəyə uyğun olaraq bitmə tarixi göstərilib. Bunu əsas gətirərək ekspert qurupu 17 imzanı şüphəli çıxardıb. Güya vəsiqələrin verilmə tarixi düzügün göstərilməyib. Bakıda Ali Məhkəmədən sənədlər apelliyasiya məhkəməsinə 5 gün ərzində gəlib. MSK qanuna görə şikayətə 3 gündə baxmalıdır, baxıb 7 günə. Prokurorluq bu günə kimi cavab verməyib. Məndə belə təəssürrat yox idi ki, bizdə belə bərbad vəziyyət var. Prezident islahatlar aparmaq istəyir. Bunun üçün yeni kadrlar olmalıdır. Köhnələr imkan vermir. Əgər, bir genral hələ də ədalətə nail ola bilməyibsə, onda görün bu oliqarx-məmur şəbəkəsi sıravi vətəndaşların başına hansı oyunları açır.”

DSK-dan deyilənlər

73 saylı DSK-dan isə özlərini haqlı sayırlar. Qurumdan bildiriblər ki, Qabil Məmmədovun sənədləri məhkəməyə göndərilib:

“Bura gəlin sənədləri, qərarı göstərək...”

Qabil Məmmədovun bu açıqlamasına MSK, məhkəmə və prokurorluq orqanlarından isə, hələlik, münasibət almaq mümkün olmayıb. Amma MSK-dan bir qayda olaraq vurğulayrlar ki, verilən şikayətlər qanunverciliyin tələblərinə uygun araşdırılır.

Qabil Məmmədov Azərbyacanın Qazağıstandakı səfirliyində hərbi attaşe işləyib. 2009-cu ildə öz ərizəsi ilə ehtyata buraxılıb.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG