Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Əfv olunanlar arasında siyasi məhbus sayılanlar da var (Yenilənir)


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Siyasi məhbus sayılanlar

Prezidentin martın 16-da imzaladığı əfv sərəncamı ümümilikdə 431 nəfərə şamil edilir.

Həmin şəxslərin arasında siyasi məhbus sayılan bir sıra şəxslərin də adı var. Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, keçmiş səhiyyə naziri Əli İnsanov, “Nida” Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, eləcə də gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovdur. Habelə, bu siyahıya AXCP sədrinin müavini Əli Kərimlinin qaynı E. Seyidov, Müsavat Partiyasının üzvü Əlikram Xurşidov, keçmiş müstəntiq Rüfət Səfərov və jurnalist Fikrət Fərəməzoğlu daxildir.

***

Əfvə düşənlərdən eyni zamanda bir neçəsi Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə, həbs edilənlərdir. Bunlar Elman Ağayev, Zülfüqar Mikayilov, Elçin QasımovRasim Cəbrayilovdur. Onlardan başqa bloqqer Rəşad Ramazanov da əfv olunub. Habelə, siyasi məhbus sayılanlardan satirik şair Tofiq Həsənli AXCP fəalı Murad Ədilov-un əfv olunduğu qeyd edilir.

Efv olunanlardan bir neçəsi isə Quba və Mingəçevir hadisələri-nə görə, həbs edilənlərdir.

***

Azərbaycan Prezidenti İlham Əliyev Martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə , sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncamla ömürlük azadlıqdan məhrum edilən üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər əfv olunub.

Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Habelə, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından əfv olunub.

Azərbaycan-həbsxana
Azərbaycan-həbsxana

Xatırlatma

Azərbaycanda buna qədər sonuncu əfv sərəncamı keçən il mayın 24-də 28 May - Respublika Günü ərəfəsində imzalanıb.

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan həmin sərəncam 634 şəxsə şamil edilmişdi. Onlardan isə yalnız 12 nəfər siyasi məhbus siyahılarında yer alırdı.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda hazırda 130 civarında siyasi məhbus var.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Tam siyahı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG