Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:36

Əfvə düşənlər Karimov-un qəbrini ziyarət edirlər


İnsanlar Islam Karimov-un qəbrini ziyarət edir
İnsanlar Islam Karimov-un qəbrini ziyarət edir

Özbəkistan hökuməti Islam Karimov-un hakimiyyəti dövründə həbs edilmiş və bu yaxınlarda əfv olunmuş şəxslərin ölkənin birinci prezidentinin qəbrinə ziyarətini təşkil edib.

Bu yaxınlarda həbsdən azad edilmiş şəxslər qədim İpək yolunun üzərində yerləşən Səmərqənd şəhərinə aparılıblar. Burada onlar şəhərin məşhur tarixi yerlərini, o cümlədən Əl-Buxarinin məqbərə kompleksi, Gur-Əmir (Əmir Teymurun qəbri), Uluqbəyin rəsədxanası və.... müstəqil Özbəkistanın birinci prezidenti Islam Karimov-un qəbrini ziyarət ediblər.

2 min 700 nəfər əfv edilib

Bu şəxslər Karimov-un prezidentliyi dövründə yasaqlanmış islam qruplaşmalarında iştirakda suçlanaraq həbs ediliblər. Bu qəbildən həbslər prezidentin dünyasını dəyişdiyi 2016-cı ilədək davam edib.

Sözügedən ziyarəti Daşkənd vilayət administrasiyası təşkil edib.

«Əvvəllər dini cinayətlərdə ittiham olunan və sonradan peşman olan şəxslər Səmərqənddə iki gün vaxt keçirəcək, burada xatirə kompleksi və qəbri ziyarət edəcəklər», — deyə Özbəkistan müsəlmanları ruhani idarəsinin mətbuat xidməti bildirir.

Bütün bu keçmiş məhbusların 2017-ci ilin sonunda hazırkı prezident Shavkat Mirziyoev-in fərmanı ilə Özbəkistan Konstitusiyasının 25 illiyi münasibəti ilə əfv olunduğu bildirilir. Dekabrda imzalanmış əfv fərmanı kütləvi amnistiyanın yalnız bir hissəsidir. Bu fərmanla 2 min 700 nəfər həbsdən azad edilib.

Özbəkistanda 'Mini-Həcc'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Bildirilir ki, Daşkənd vilayət administrasiyası dekabrın 28-də azad olunan şəxslərin bir qrupu üçün Səmərqəndə «rahat şəraitdə» səfər təşkil edib. Həmin şəxslər paytaxta yaxın bölgələrin sakinləridir. Səfərə qatılan şəxslərin sayı göstərilmir.

Jurnalist Bruce Pannier AzadlıqRadiosunun (RFE/RL) «Qışloq ovozi» bloqunda yazır ki, keçmiş məhbuslara Karimov-un qəbri üzərində dua oxudulması islah və reabilitasiyanın forması kimi bir qədər qəribə görünür.

Mümkün nəticə

Karimov-un hakimiyyəti dövründə yasaqlanmış islam qruplaşmasında iştiraka görə saxlanılanların, demək olar, hamısına ittiham irəli sürülüb və həbs cəzası kəsilib. Onların bəzi hallarda cinayəti boyunlarına almaları üçün döyüldüyü və işgəncələrə məruz qaldığı bildirilir. Bu şəxslərin bir çoxu cəzalarını Özbəkistanın ən dəhşətli həbsxanalarında çəkiblər. Belə həbsxanalardan biri ölkənin şimal-qərbində, səhralıqda yerləşən Yaslık həbsxanasıdır. Bu dözülməz yer həm də «işgəncə evi» kimi tanınır.

Görəsən, bu insanlar onların həbsxanaya salınmasına görə məsuliyyət daşıyan adamın qəbri üstündə dayanmaqla hansı nəticəni çıxarmalı idilər? Onların, yaxınlarının və uşaqlarının həyatı darmadağın edilib. Onların yaxınlarının və qohumlarının bir hissəsi həbsə düşməmək üçün Özbəkistanı tərk etməli olublar.

Islam Karimov müstəqillik günü şənliyində rəqs edir. Ondan solda baş nazir Shavkat Mirziyoev-dir. 2007
Islam Karimov müstəqillik günü şənliyində rəqs edir. Ondan solda baş nazir Shavkat Mirziyoev-dir. 2007

Karimov rejiminin islam ekstremistlərini təqib siyasəti yürütməsi bəlli faktdır. Özbəkistan hökumətinin əsl radikal islam ekstremistlərini həbs etdiyinə şübhə yoxdur. Ancaq bu dövri repressiyalara məruz qalanlar arasında çox sayda günahsız insanların da olduğunu düşünməyə əsas var. Belə insanlar sadəcə mömin müsəlmanlardır. Onlar Karimov rejiminin daxili siyasəti və daxili təhlükəsizliyi təmin etmək cəhdlərinin qurbanı olublar.

Hökumət bu addımla həbsdən yeni azad edilmiş şəxslərə hansı mesajı vermək istəyib? «Keçmiş vaxtlar qayıda bilər» mesajını? Yoxsa hökumət demək istəyib ki, pis günlər arxada qalıb? Bəlkə də, «Karimov pis adam olsa da, indi ixtiyar sahibi Mirziyoev-dir və o sizin hamınızı əfv edib» mesajını vermək istəyib.

«İstənilən halda, bu, həbsdən yenicə azad edilmiş şəxslərin başqa şəhərə, onların həbsinə bais olmuş adamın qəbrini ziyarətə aparılması yetərincə qəribə seçimdir», - B.Pannier yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG