Keçid linkləri

Təcili xəbərlər
2019, 19 May, bazar, Bakı vaxtı 21:24

Əfv sərəncamının icrasına başlanıb


Ailəsi həbsxana qarşısında Rəşad Ramazanovun çıxmasını gözləyir, 17 mart 2019

Bu gün, martın 17-də səhər saatlarında prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanıb.

Dünən, martın 16-da verilən bu sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunur. Onlardan 399 nəfəri vaxtından əvvəl azadlığa çıxır. Bundan başqa, ömürlük azadlıqdan məhrum edilmiş 3 məhbusun cəzası azaldılıb. Habelə, şərti məhkum edilənlərdən də bəzilərinin cəzası ləğv edilib.

Azadlığa çıxanlardan təqribən 50 nəfəri hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahılarda yer alırdı. Bu sərəncama qədər yayılan həmin siyahılarda təqribən 130 civarında şəxsin adı var idi.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG