Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:27

2018-ci ildə Əfqanıstanda daha çox dinc sakin ölüb


Kabildə hücum

Son 20 illə müqaisədə, 2018-ci ildə Əfqanıstanda keçirilən hərbi əməliyyatlar və terror aktları zamanı daha çox dinc sakin ölüb.

Bu barədə BMT məlumat yayıb.

Ümumilikdə ötən il ərzində Əfqanıstanda 3800-dən çox dinc sakin ölüb, 7 mindən çox adamsa yaralanıb.

Onların əksəriyyəti intiharçıların törətdiyi partlayış və hücumlar nəticəsində ölüb.

2018-ci ildə Əfqanıstanda azı 65 terror aktı nəticəsində 2200-dən çox adam ölüb.

ABŞ və onun müttəfiqlərinin keçirdikləri hava zərbələri nəticəsində isə 500-ə yaxın dinc sakin ölüb.

Bu günlərdə Qətərdə ABŞ hökuməti və “Taliban” hərəkatının nümayəndələri arasında yenidən görüş gözlənir.

Bundan əvvəlki danışıqlarda Əfqanıstanda sülh planının layihəsi hazırlanıb, amma bir çox detallar hələ də tam razılaşdırılmayıb.

ABŞ rəsmiləri bundan əvvəl həmin danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bəyan eləmişdilər.

XS
SM
MD
LG