Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:23

Əfqanıstanda partlayış və atəş altında prezident seçkisi


Əfqanıstan, səsvermə məntəqəsi
Əfqanıstan, səsvermə məntəqəsi

Sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçirilib. AzadlıqRadiosunun Əfqan xidmətinin verdiyi məlumatına görə, səsvermə məntəqəsində partlayış və raketdən atəşə tutulma halları ilə müşayət olunub.

Səsvermə bülletenlərində 15 namzədin adı qeyd olunsa da əsas mübarizənin iki namizəd, daha 5 il hakimiyyətdə qalmaq istəyən indiki prezident Ashraf Ghani (70 yaş) və Əfqanıstan İslam Respublikasının icra rəisi Abdullah Abdullah (50 yaş) arasında getdiyi bildirilir.

Ashraf Ghani (solda) və Abdullah Abdullah NATO sammiti, 8 iyul 2016
Ashraf Ghani (solda) və Abdullah Abdullah NATO sammiti, 8 iyul 2016

Digər tanınmış namizədlər sırasında keçmiş kəşfiyyat rəisi Rahmatullah Nabil və keçmiş hərbi komandir, yaraqlıların lideri Gulbuddin Hekmatyar da var.

Qəndahardakı yerli xəstaxanadan verilən verilən məlumata görə, məsciddə baş verən partlayışda 15 nəfər yaralanıb və onlardan 3-nün vəziyyəti ağır dəyərləndirilir. Ölkənin Kabul, Qazni, Cəlilabad şəhərlərində də partlayışların olduğu bildirilir.

Taliban döyüşçüləri tərəfindən Qunduz şəhərinin minaatanlardan atəşə tutulması badədə məlumatları da var. Son həftə silahlıların hücumlarına cavab olaraq Əfqanıstanda hökumət təhlükəsizlik tədbirlərini gücləndirib.

Ölkə ərazisində səsvermə məntəqələrinin qorunmasına 72 min təhlükəsizlik qüvvəsinin cəlb edildiyi vurğulanır.

Məlumatlara görə, səsvermədə iştirak etmək istəyən 9 milyondan çox ölkə vətəndaşı qeydiyyata düşüb. Bu 2001-ci ildən bəri Əfqanıstanda keçirilən 4-cü prezident seçkisidir.

Əgər namizədlərdən heç biri tələb olunan səs çoxluğunu qazana bilməsə noyabrın 23-də seçkisinin 2-ci turu keçiriləcək.

Səsəvermə ilə bağlı ilkin nəticələr oktyabrın 19-da, yekun nəticələr isə noyabın 7-də açıqlanacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG