Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Qış səpini, mal-qara yeminə...  36 milyon dollar lazımdır


Əfqanıstanın şimalında Əl-Xanum kəndi

Quraqlıq 34 vilayətdən 25-də 7.3 milyon əfqana mənfi təsirini göstərib

Əfqanıstanda müharibə və quraqlığın ziyan vurduğu kənd yerlərinin təcili 36 milyon dollara ehtiyacı var. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bildirməsinə görə, bu vəsait qış taxıl əkininə, mal-qara üçün yemə xərclənməli, həssas təbəqədən ailələrə nağd pul şəklində verilməlidir.

7.3 milyon əfqan

Bu həftənin əvvəlində beynəlxalq donor konfransında Əfqanıstana 1.2 milyard dollarlıq yardım vəd olunub. BMT isə ilin sonunadək 606 milyon dollara ehtiyac olduğunu deyib.

Taliban bir ay öncə Kabili tutandan sonra ölkədə böyük humanitar böhran yaşanır.

FAO-dan Reyn Paulsen sentyabrın 14-də Kabildən videobrifinqdə jurnalistlərə deyib ki, 34 vilayətdən 25-də 7.3 milyon əfqana quraqlıq mənfi təsirini göstərib.

Onlardan dörd milyonuna “təcili ərzaq” lazımdır, “ərzaq istehlakında aşırı boşluq var, kəskin pis qidalanma yüksək səviyyədədir, ölüm halları çoxdur”.

Əfqanıstanda işçi qüvvəsinin 45 faizi kənd təsərrüfatında çalışır və bu sahə əhalinin 80 faizi üçün yaşayışı təmin edir.



“Toxum gözləyə bilməz”

Quraqlıq otlaqları azaltdığından 3 milyon heyvana risk yaranıb. Qışlıq buğda səpini isə “nağd pul və bank sistemində çatışmazlıqlar” səbəbindən təhlükəylə üzləşib.

Taliban hakimiyyətə keçəndən qiymətlər qalxıb, bir çox banklar bağlanıb, açıq olanlar isə nağd pul çıxarışına məhdudiyyətlər qoyub.

Buğda “ərzaq təhlükəsizliyinin sadəcə ayrılmaz hissəsidir”, “əfqanların gündəlik kalori qəbulunun yarıdan çoxunu təşkil edir”, Paulsen deyib.

“FAO daha 1.25 milyon əfqanı dəstəkləyə bilər, amma əlavə resurs lazımdır”, – o vurğulayıb.

“Toxum gözləyə bilməz, fermerlər gözləyə bilməz. İndi donorlardan təcili dəstək tələb olunur”, – rəsmi bildirib.

Şərhlər

XS
SM
MD
LG