Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:51

Əfqan qadınların Talibanla sosial media savaşı


Burqaya taxmış əfqan qadın Kabildə üz maskası satır, sentyabr, 2021-ci il
Burqaya taxmış əfqan qadın Kabildə üz maskası satır, sentyabr, 2021-ci il

Sentyabrın 13-də Cenevrədə beynəlxalq donor konfransında Əfqanıstana 1 milyard dollardan artıq yardım vəd olunub

Əfqan qadınlar Talibanın başçılıq etdiyi hökumətin qadın tələbələr üçün yeni geyim kodeksinə qarşı sosial media kampaniyası aparırlar.

Dünya Taliban siyasətinin 1996-2001-ci illərdəki sərt rejimdən necə fərqlənəcəyini, şəriət qanunlarını necə tətbiq olunacağını izləyir. O zaman qızların məktəbə getməsinə icazə verilmir, qadınlar işə, dərsə buraxılmırdı.

Rəngli libaslar

Talibanın qadın tələbələr üçün yeni geyim kodeksinə etiraz olaraq qadınlar ənənəvi rəngli libaslarda fotolarını paylaşır, #MənimGeyimiməToxunma, #ƏfqanıstanMədəniyyəti həştəqlərindən istifadə edirlər. Talibanın bu ayın əvvəlində elan etməsinə görə, qadın tələbələr üzü bağlayan niqab və uzun, bütün bədəni örtən abaya geyinməlidirlər.

Ötən ay Kabili tutan Taliban qadınlara və qızlara münasibəti daxil olmaqla dəyişdiyini bəyan edib. Qruplaşma inklüzivlik, keçmiş opponentləri üçün ümumi amnistiya vəd edib.

Ancaq əfqanların çoxu bu vədlərə qorxu, ehtiyatla yanaşıb, özəlliklə də Taliban sərt-xətt tərəfdar veteranlarından ibarət hökumət qurandan, etirazları qadağan edəndən, nümayişçilərə və jurnalistlərə təzyiq göstərəndən sonra.



1 milyard dollardan artıq yardım vədi

BMT-nin Baş katibi Antonio Quterres sentyabrın 14-də son 20 ildə Qərbin dəstəklədiyi hökumətin zamanında əfqan qadın və qızların qazandıqlarını saxlamağa çağırıb.

“Əfqan qadınlar və qızlar qazandıqlarını itirmək, qapıların bağlanmasını, ümidin ölməsini istəmirlər”, – Quterres tvitində yazıb.

“Onların hüquqlarının, təhsilə və digər təməl xidmətlərə çıxışının təmin olunması ölkənin və hər bir əfqanın gələcəyinin əsasını təşkil edir”, – baş katib sözlərinə əlavə edib.

Bir gün öncə isə BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçele Talibanı insan hüquqlarına dair vədlərinin ziddinə getməkdə suçlamışdı.

Sentyabrın 13-də Cenevrədə beynəlxalq donor konfransında Əfqanıstana 1 milyard dollardan artıq yardım vəd olunub.

BMT bu ilin sonunadək müharibənin və quraqlığın böyük zərbə vurduğu ölkəyə 600 milyon dollardan çox vəsaitin gərəkdiyini hesablayıb.

Faktaraşdırıcı missiya təklifi

Sentyabrın 14-də Əfqanıstanın keçmiş hökumətinin aparıcı diplomatı BMT-nin İnsan Haqları Şurasını Talibanın ölkədəki hərəkətlərinin monitorinq etməyə faktaraşdırıcı missiya yaratmağa çağırıb.

“Əfqanıstan xalqına indi həmişəkindən daha çox hərəkət lazımdır”, – Səfir Nasir Əhməd Əndişa şurada deyib.

ABŞ Dövlət katibi Entoni Blinken isə sentyabrın 13-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ölkəsinin Əfqanıstandan xaotik şəkildə çıxmasını müdafiə edib.

Blinken deyib ki, əfqan qadınları, qızları və azlıqlarına dəstək üzrə Dövlət Departamentinin aparıcı rəsmisini təyin edəcək.

Dövlət katibi sentyabrın 14-də Senatın Xarici Əlaqələr Komitəsində ifadə verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG