Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:15

Əfqanıstanlılar Bakıda etiraz etdilər


Polis aksiyaya mane olub
Polis aksiyaya mane olub

Bu gün, avqustun 23-də Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlardan bir qrupu aksiya keçirməyə cəhd edib. Onlar bu ayın ortalarında Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsindən öncəki vaxtlarda qaçqın düşən insanlar olub.

Aksiya iştirakçıları tələb ediblər ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi onlara daha çox diqqət yetirsin. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas gətirərək ona mane olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis iştirakçılarla izahedici söhbət aparıb, bundan sonra onlar ərazidən çıxarılıb.

Məsələyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb.

"Turan" agentliyinin xəbərinə görə, bundan öncə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ölkə ərazisində Əfqanıstandan 1 min 226 qaçqının olduğunu bildirib. Azərbaycanda yaşayan xarici vətəndaşlardan olan qaçqınların arasında ən çox Əfqanıstandan gələnlərin olduğu da qeyd edilir.

Azərbaycan hökuməti Taliban administrasiyasını tanıyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG