Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:37

Əfqanıstanın qonşuları sərhədləri ‘açsınlar’


İranda əfqan qaçqınlar
İranda əfqan qaçqınlar

UNCHR üç qonşu ölkəyə qaçmaq istəyən “əfqanların getdikcə artan risklərlə üzləşməsindən dərin narahatlıq keçirir”

BMT-nin qaçqınlar üzrə agentliyi (UNCHR) Əfqanıstanın qonşularını hətta sənədi olmayan əfqanları belə qəbul etməyə çağırır.

Əfqanıstanın Pakistan və İranla quru sərhədləri hazırda pasportu və vizası olan əfqanların üzünə açıqdır. Tacikistan və Özbəkistan isə onlar üçün sərhədi “tamamilə bağlayıb”. UNCHR bu haqda dekabrın 1-də bəyanat yayıb.

Agentlik üç qonşu ölkəyə qaçmaq istəyən “əfqanların getdikcə artan risklərlə üzləşməsindən dərin narahatlıq keçirir”. Avqustda Taliban hakimiyyəti ələ keçirəndən sonra bu ölkədə vəziyyət “pisləşməkdə davam edir”.

UNCHR qızların təhsili, qadınların hərəkəti və iş qabiliyyətinə məhdudiyyətlər, dini və etnik azlıqların hədəfə alınması, insan haqları fəallarının qorxudulması və öldürülməsi, ölkə əhalisinin yarıya qədərinin gündəlik həyatına əngəllər və humanitar yardıma maneələrdən söz açır.

Deportasiyalar

Taliban hakimiyyətə keçəndən Pakistan, İran və Tacikistan bu ölkəyə deportasiyaları “gücləndirib”. UNCHR isə bu ölkələrin hakimiyyətlərini əfqanların məcburi qaytarılmasını dayandırmağa çağırır, onların çoxunun qaçqın kimi qorunmasının gərəkdiyini qeyd edir.

Agentliyin məlumatına görə, İran avqustdan noyabradək günə ortalama 3 min əfqanı deportasiya edib. Pakistandan isə sentyabr-oktyabrda 1800 nəfər deportasiya olunub. Ötən ay Tacikistandan qadınlar və uşaqlar daxil 23 əfqan sığınacaq istəyənin deportasiya olunduğu bildirilir.

UNHCR xəbərdarlıq edir ki, “Əfqanıstanda iqtisadi durumun pisləşməsi və genişmiqyaslı aclıq minlərlə insanı salamat qalmaq üçün ölkədən çıxmağa vadar edə bilər”.

BMT isə Əfqanıstanın humanitar fəlakət Astanasında olduğunu, əhalinin yarıdan çoxuna qışda doyunca yeməmək riskinin yarandığını qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG