Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Əfqan körpəyə təyyarənin adını qoydular


Kabil aeroportundan təxliyələr davam edir, 24 avqust, 2021-ci il
Kabil aeroportundan təxliyələr davam edir, 24 avqust, 2021-ci il

Kabildən qaçmış ailə Qətərdən ABŞ ordusunun Almaniyadakı bazasına uçarkən qadının doğuş sancıları başlanıb, vəziyyəti ağırlaşıb

ABŞ hərbi təyyarəsində dünyaya gəlmiş əfqan körpəyə elə təyyarənin adını veriblər. Bunu ABŞ ordusunun rəsmisi açıqlayıb.

ABŞ-ın Avropa Komandanlığının rəhbəri General Tod Volters avqustun 25-də brifinqdə deyib ki, əfqan qıza təyyarənin kod adı olan “Reach” adı verilib.

Kabildən qaçmış ailə Qətərdən ABŞ ordusunun Almaniyadakı bazasına uçarkən qadının doğuş sancıları başlanıb, vəziyyəti ağırlaşıb. Təyyarə hava təzyiqini artırmaq üçün endikcə ananın həyatı xilas edilib.

Generalın arzusu

Hərbi mediklər təyyarə enəndən sonra onun yük yerində qadının doğmasına yardım ediblər. Bundan sonra ana və uşaq xəstəxanaya aparılıb. Reach valideynləri ilə birlikdə daha sonra Birləşmiş Ştatlara aparılacaq, Volters deyib.

“Hava Qüvvələrin qırıcı təyyarə pilotu olaraq arzumu təsəvvür edə bilərsiz. Reach adlı bu körpə böyüsün, ABŞ vətəndaşı olsun, Hava Qüvvələrimizdə ABŞ-ın qırıcı təyyarəsini sürsün”, – Volters zarafatla deyib.

ABŞ Hava qüvvələrində hər bir təyyarənin digərilə kommunikasiyası üçün kod adı var. Əfqan ailənin olduğu təyyarənin kod adı “Reach 828” olub.

Avqustun 20-dən bəri Kabildən evakuasiya olunaraq ABŞ-ın Avropadakı bazalarından keçən minlərlə insandan yalnız 100 nəfərinə tibbi xidmət lazım olub. Daha iki ana isə bazaya çatandan sonra uşaq dünyaya gətirib, Volters deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG