Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Nigar Həzi: 'Ədliyyə nazirliyinin açıqlaması tam yalandır'


Seymur Həzi məhkəmədə,28 iyul 2015
Seymur Həzi məhkəmədə,28 iyul 2015

“Seymur Həzinin səhhəti ilə maraqlanan olmayıb”

“Penitensiar Xidmət Seymur Həzinin səhhəti ilə ümumiyyətlə maraqlanmayıb. Ədliyyə Nazirliyindən Seymurla bağlı verilmiş açıqlama tamamilə yalandır”.

Bunu həbsdə olan jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi deyib.

O, həyat yoldaşının müayinə edilməsi, onun qan analizlərinin götürülməsi barədə Ədliyyə Nazirliyinin açıqlamasının yalan olduğunu vurgulayıb.

“Dünən (18 noyabr) Seymur Həzinin vəkili Şəhla Hümbətova 17 saylı Cəzaçəkmə müəsisəsində onunla görüüb. Görüş zamanı məlum olub ki, ümumiyyətlə, son iki həftə ərzində Seymurun müayinəsi ücün heç bir addım atılmayıb, ondan qan örnəyi götürülməyib. Ədliyyə Nazirliyindən verilən açıqlama tamamilə yalandır”.

Nigar Həzi S.Həzinin səhhətindəki problemlərin hələ də davam etdiyini söyləyir:

“Müəssisənin daxilində qan analizi götürmək ücün heç bir texniki avadanlıq yoxdur. Bu bir daha onu göstərir ki, müəssisə məhbuslar arasında ayrı-seçkilik edir. Bu rejimin siyasi məhbuslara fərqli yanaşmasıdır.Artıq həftə yekunlashmaq üzərədir. Seymur hesab edir ki, səhhətinin yaxşılaşması üçün heç bir addımın atılmaması, Ədliyyə Nazirliyinin məsələyə biganə yanaşması hakimiyyətin onun səhhətinin pisləşməsində maraqlı olduğunu göstərir”, Nigar Həzi bildirib.

Ötən həftənin sonunda S.Həzinin sağlıq problemlərinin yarandığı açıqlanmışdı.

Bunun ardınca Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov noyabrın 15-də S.Həzidən qan analizi götürüldüyünü və revmatizmin kəskinləşməsinin müəyyən edildiyini açıqlamışdı.

Nazirlik yetkilisi həbsdəki jurnalistin “xüsusi müalicə” olunacağını da bildirmişdi.

Hələ ki, Ədliyyə Nazirliyindən həbsdəki jurnalistin xanımının açıqlamasına hər hansı şərh verilməyib.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq, 5 il həbs cəzası alıb.

Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG