Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:47

Ekspertlər: ‘Hakimiyyətə tabe hakim ədalətli ola bilməz…’


Əsgər anaları Prezident Administrasiyası önündə: Onlara nə vəd verildi?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Əsgər anaları Prezident Administrası önündə: Onlara nə vəd verildi?

Yerli media yazır ki, yeni hakim təyinatları gözlənilir. Amma bir çoxlarında yeni hakimlərin ədalətin tərəfində duracağına köhnə şübhələr qalır.

Hüquqşünas Aslan İsmayılov deyir ki, hakimiyyət son illər ədliyyə sistemində islahatlardan danışsa da, hüquq sistemində hələ də qanunsuzluqlar qalır:

“Əvvəlki məhkəmələr indikindən qat-qat ədalətli, dürüst və korrupsiyaya daha az bulaşmış idilər. Ona görə də bugünkü məhkəmələrdən hansısa ədalət, dürüstlük gözləmək lazım deyil”.

Aslan İsmayılov iddia edir ki, əksər məhkəmələrdə hər işi kiminsə xeyrinə həll etməyin öz qiyməti var, məhkəmələrdə pul daha önəmlidir, nəinki qanunlar.

Ədliyyə orqanları bu cür iddiaları adətən rədd edir.

Ədaləti Avropada axtarırlar

Bakı sakini Gülarə Osmanova da deyir ki, onun ədliyyə sisteminə inamını hakimlər sarsıdıb. Belə ku, bir neçə il əvvəl bir ev mübahisəsini haqlı olduğu halda uduzub:

“Məhkəmədə tanışı, qohumu var idi, sənədləşdirdi öz xeyrinə. Apellyasiya Məhkəməsində isə heç məndən bir sual da soruşmadılar, beş dəqiqə başqa otağa keçib, qayıdıb elan etdilər ki, qərar qüvvədə qalır...”

Başqa bir Bakı sakini Nuriyyə Xalikova isə Azərbaycanda hakimlərin qərarlarından narazı qalıb və ədaləti, üç il əvvəl Avropa İnsan Haqları Məhkəməsində axtarıb. O, Azərbaycan dövlətini udub, 60 min avro kompensasiya alıb. Nuriyyə Xalikova, 2010-cu ildə, evindən- keçmiş Basin ərazisindən zorla köçürüldüyünü iddia edir:

“Bizi evimizdən zorla, polislə çıxartdılar. Səkkiz nəfər idik, hamımızı zorla çıxartdılar, polis bölməsinə apardılar. Mən bilirdim ki, bu haqsız işdir. Burda heç nə alınmayacaq onsuz da. Çünki bizdə hər şey yuxarıdan asılıdır. Ona görə Azərbaycandakı məhkəmələri keçdik və mən Avropa Məhkəməsinə müraciət etdim. Mən bilirdim ki, bu haqsız işdir”.

Hakimləri nazir təyin edirsə...

Vəkil Əsabəli Mustafayev deyir ki, məhkəmə sisteminə inamsızlığın kökündə duran əsas səbəblərdən biri budur ki, məhkəmə sistemi əslində müstəqil olmalıdır, amma icra hakimiyyətindən asılıdır.

Belə ki, qanunla hakimliyə təyinatları Məhkəmə Hüquq Şurası hazırlayır, prezident isə həmin siyahını Milli Məclisə göndərir.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Əsabəli Mustafayev deyir ki, Məhkəmə Hüquq Şurası müstəqil deyil, çünki onun sədri elə ədliyyə naziridir:

“Bizdə Məhkəmə Hüquq Şurasının sədri icra orqanının nümayəndəsidir- ədliyyə naziridir, birbaşa siyasi hakimiyyətdən asılı olan insandır. Prezident tərəfindən təyin olunmuş adamdır. Aydındır ki, bu hakimlərin müəyyən olunmasında, təyin olunmasında, icra hakimiyyətinin, siyasi qüvvələrin təsiri var”.

Əsabəli Mustafayev deyir ki, bu səbəbdən, hakimliyə təyinat vaxtı, bütün başqa göstəricilərdən daha vacibi, siyasi hakimiyyətə sadiqlik hesab olunur. Onun sözlərinə görə, elə bu səbəbdəndir ki, siyasi işlərdə hakimlər siyasi hakimiyyətin xeyrinə qərar çıxarır.

Ədliyyə Nazirliyi ittihamları rədd edir

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Faiq Qurbanov, məhkəmə sistemi ilə bağlı tənqidlərin heç birini qəbul etmir. O deyir ki, deyilənlərin əsası yoxdur, bu iddialar üçün sübutlar təqdim olunmalıdır.

Onun sözlərinə görə, hakimlərin kim olacağını müəyyən edən, Məhkəmə Hüquq Şurası sədrinin ədliyyə naziri Fikrət Məmmədov olması faktı hakimlərin obyektiv seçilməsinə mane olmur:

“Məhkəmə Hüquq Şurası kollegial orqandır, Şuranın tərkibində doqquz hakim var, eyni zamanda prokurorluğun, vəkillik institunun, Prezident Administrasiyasının təmsilçiləri var və burda verilən qərarlar bir nəfərin qərarı deyil”.

Faiq Qurbanov hesab edir ki, indi ədliyyə sistemi yaxşı işləyir və hakimlərin işi də qənaətbəxşdir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Məhkəmələr nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Azərbaycanın məhkəmə sisteminin azad olmaması bəzi beynəxalq hesabatlarda da vurğulanır.

Məsələn, sonuncu belə hesabatı İnsan Haqları üzrə Helsinki Fondu hazırlayıb. Burada qeyd olunur ki, Konstitusiya, məhkəmə hakimiyyətinin müstəqil olduğunu iddia etsə də, o, əslində, icra hakimiyyətinin təsiri altındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG