Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Erməni kilsəsi Paşinyanın hakimiyyətini qəbul edir


Xankəndində nə baş verir? Etiraz aksiyaları təşkil edənlər kimlərdir və tələbləri nədir?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Xankəndində nə baş verir? Etiraz aksiyaları təşkil edənlər kimlərdir və tələbləri nədir?

Ermənistanın baş kilsəsi – müqəddəs Eçmiadzin baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın iyunun 21-də keçirilən mitinqdə təhlükəsiz və firavan ölkənin qurulması naminə bütün milli potensialın həmrəyliyinə, birliyinə və yekdilliyinə çağırışını müsbət qiymətləndirdiyini bildirib.

Kilsə habelə Paşinyanın siyasi meydanda təhqir və nifrət ritorikasına son qoyulmasına çağırışını da bəyəndiyini bildirir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı Eçmiadzinin mətbuat xidməti yayıb.

Müqəddəs Eçmiadzin habelə Paşinyanın ruhani liderlərlə dialoqa çağırışını alqışlayıb.

“Vətənimizin bu kiçik müstəqil qəlpəsi...”

Kilsənin bəyanatında deyilir ki, müqəddəs Eçmiadzin həmişə bu mövqedən çıxış edib və yeni formalaşan hökumətin kilsə ilə əməkdaşlığa dair təklifini həyata keçirəcəyinə ümid edir:

“Ruhani rəhbərlik belə böhranlı vaxtlarda özünün mənəvi missiyasını dərk edərək xalqımızın çətinliklərə sinə gərə bilməsi zəruri olanları etməkdə davam edəcəkdir. Qoy vətənizimin bu kiçik müstəqil qəlpəsi yeni əsrlərə gedən yolunda təhlükəsizliyini və gücünü bərpa edə bilsin. Qoy Allah bizim Ermənistanımızı və Artsaxımızı (Qarabağ – red) sülh və firavanlıqda saxlasın”.

İyunun 21-də Yerevanın Respublika meydanında keçirilən yekun seçki mitinqində Vətəndaş Müqaviləsi partiyasının lideri, baş nazirliyə namizəd Nikol Paşinyan bütün siyasi qüvvələrə əməkdaşlıq təklif etmişdi.

O demişdi ki, əməkdaşlıq istəyən bütün qüvvələrlə dialoqa hazırdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG