Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Rusiyada hərbi müəssisədə partlayış, xəsarət alanlar var


Rusiyanın Dzerjinsk şəhərində partlayış.1 iyun, 2019
Rusiyanın Dzerjinsk şəhərində partlayış.1 iyun, 2019

Rusiyanın Dzerjinsk şəhərindəki hərbi müəssisədə baş verən partlayışda azı 38 nəfər xəsarət alıb.

Partlayış iyunun 1-də “Kristal” müəssisəsində baş verib.

Elmi-tədqiqat institutu orda partlayıcı maaddələr üzərində işləyir.

Nijeqorod administrasiyası bundan əvvəl 2 nəfərin itkin düşdüyünü bildirirdi, amma sonradan bu məlumat təkzib olundu.

İnsidentin partlayıcı maaddələr istehsal olunan sezdə baş verdiyi bildirilir.

Həmin vaxt orda 5 nəfər çalışırmış, amma məlumata görə onlar vaxtında evakuasiya olunublar.

İnterfaks agentliyinin məlumatına görə, sex tamamilə dağılıb və orda fuqas aviabombaları hazırlanırmış.

Xilasedicilər ərazidə mərmi aşkar edilmədiyini deyirlər.

Şahidlərin dediklərinə görə, partlayış nəticəsində ətraf binaların pəncərələri sınıb.

Şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

İlkin versiyaya görə, partlayışa səbəb texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Faktla bağlı cinayət işi qaldırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG