Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 14:58

'Duzlu göl'də növbəti söküntü, sahibkarlar narazıdır [video]


'Duzlu göl'də obyekti sökülənlər prezidentin köməkçisini ittiham edirlər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

'Duzlu göl'də obyekti sökülənlər prezidentin köməkçisini ittiham edirlər

Avqustun 2-dən Bakıda «Duzlu göl»ün (Zığ qəsəbəsinə yaxın yerdir) ətrafındakı obyektləri yenidən sökməyə başlayıblar.

Bunu həmin yerdə mövsümi fəaliyyət göstərən sahibkarlar bildiriblər.

Sahibkarlar deyirlər ki, söküntü işinə mülkigeyimli şəxslər başçılıq edirlər, hadisə yerində olan polis nəfərləri isə seyrçi kimi dayanaraq baş verənlərə müdaxilə etmirlər.

Sahibkarların deməsinə görə, söküntüyə başçılıq edən şəxslər prezidentin köməkçisi Novruz Məmmədovun adamlarıdır.

Onların bildirməsinə görə, adıçəkilən göl tərəfində 7 obyekt fəaliyyət göstərir, artıq 3-ü sökülüb. Qalan 4-nün də sökülməsi gözlənilir:

«Adətən belə hal olanda heç olmasa 15 gün öncə xəbərdarlıq edərlər. Dünən bildiriş göndəriblər, bu gün də traktorlarla obyektləri sökürlər, hər hansı kompensasiya verilmir».

«Duzlu göl»də söküntü. 2 avqust 2017
«Duzlu göl»də söküntü. 2 avqust 2017

​Sahibkarlar 1993-cü ildən bu əraziyə sığınmış məcburi köçkünlərdir. Onlar deyirlər ki, son 7 ilə kimi mövsümi sahibkar kimi fəaliyyət göstərməkdə hər hansı problemləri olmayıb:

«2010-da öncə belə problem yarananda bizə dedilər ki, fəaliyyətinizi davam edin. Siz oradan özünüz çıxmayana kimi orada hər hansı bir iş görməyəcəyik».

Sahibkarlar deyirlər ki, ötən ilə kimi 1500-2000 manat icarəhaqqı ödəyiblər. Ancaq bu il icarəhaqqı ödəyə bilmədiklərindən onlara məxsus obyektləri sökürlər...

XATIRLATMA

2010-cu ilin iyun ayında Gülnarə Məmmədova adlı şəxs Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb ki, «Duzlu göl»ün 14 hektardan artıq ərazisi 2002-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə sağlamlıq-istirahət mərkəzinin inşası məqsədilə ona 49 illik icarəyə verilib. O, həmin ərazidə məskunlaşmış köçkünlərin obyektlərinin sökülməsini istəyib.

«Duzlu göl»də söküntü. 2 avqust 2017
«Duzlu göl»də söküntü. 2 avqust 2017

Məhkəmə G.Məmmədovanın tələbini təmin edib.

2011-ci il iyunun 6-da icra məmurları ilə əraziyə gələn sahibkar Ənvər Məmmədov isə həmin məhkəmələrdə G.Məmmədovanın rəsmi nümayəndəsi kimi çıxış edib.

Ancaq Ə.Məmmədov deyib ki, prezidentin köməkçisi N.Məmmədovun əraziyə heç bir aidiyyəti yoxdur.

«Bu yerin nə Novruz Məmmədov, nə onun həyat yoldaşı (mətbuatda ərazinin N.Məmmədovun həyat yoldaşına məxsus olması barədə də məlumatlar gedib-red.) ilə əlaqəsi var. Bu yer şəxsən mənə məxsusdur, gələcəkdə də gəlib görə bilərsiniz ki, burda tikinti işləri ilə kim məşğuldur», - deyə o vurğulayıb.

Duzlu Göldə qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG