Noyabrın 2-də Almaniyanın Düseldorf şəhərindəki hava limanında II Dünya müharibəsindən qalma bomba zərərsizləşdirilib.
Buna görə səhər saatlarında hava limanında uçuşlar dayandırılıb.
Hava limanının yaydığı bəyanatda 125 kiloqramlıq bombanın zərərsizləşdirildiyi bildirilir.
Əməliyyat zamanı 7 reys ləğv edilib, 34 reys təxirə salınıb və ya gücikmələrlə yerinə yetirilib.
Bomba tikinti zamanı uçuş-eniş zolağının yaxınlığında aşkar edilib.
Partladılmazdan əvvəl bomba 8 metr dərinliyində xəndəyə qoyulub.
Hakim dairələr ehtiyat edir ki, həmin ərazidə başqa boma da ola bilər və bu ay həmin ərazidə qazıntı işləri planlaşdırılır.
2009-cu ildə də həmin ərazinin yaxınlığından 500 kiloqramlıq bomba tapılaraq zərərsizləşdirilib.