Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:14

ÜST: Dünyada təxminən 20 yeni tip koronavirus peyvəndi hazırlanır


CORVID-19 qarşı peyvəndin testi, Vaşinqton, 16 mart 2020
CORVID-19 qarşı peyvəndin testi, Vaşinqton, 16 mart 2020

Dünyada təxminən 20 yeni tip COVID-19 koronavirus peyvəndi hazırlanır. Bir neçə ölkə həll yollarının tapılmasında iştirak edir. İlk klinik sınaqlar artıq başlayır, lakin bu hələ geniş yayılmış peyvənddən uzaqdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Aparıcı mütəxəssislər bu peyvəndlər üçün lazım olan klinik sınaqlar və təhlükəsizlik təsdiqləmələrinin 18 aya qədər davam edə biləcəyini deyirlər.

ÜST bu həftə ABŞ-da insan üzərində aparılan peyvənd sınaqları misli görünməmiş hadisə adlandırır. Təşkilata görə, bu Çin və digər ölkələrin yeni koronavirusun genomunu dünyanın alimləri ilə bölüşməsi səbəbindən mümkün olub.

The Wall Street Journal-ın məlumatına görə, 20 mindən çox insan ingilis alimləri ilə birlikdə hVIVO laboratoriyasının yeni koronavirusa qarşı peyvənd axtarışında iştirak etməyə razı olub. Təcrübə iştirakçıları dərman çatışmazlığı səbəbindən COVID-19-a yoluxmayacaqlar. Bunun üçün eyni növ bir virusdan istifadə ediləcək. Minlərlə insan virusun yayıldığı ərazidə olacaq. Şəxs xəstə deyilsə, test uğurlu sayılacaq. Təcrübədə iştirak üçün 3500 funt sterlinq mükafat müəyyən edilib.

AzadlıqRadiosunun rus xidmətinin yazdığına görə, bu arada Rusiya altı peyvəndin sınağını elan edib. Martın 19-da Səhiyyə Nazirliyi Rusiya mütəxəssislərinin virusun tam genomunu deşifr etdiyini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, bu peyvəndin meydana gəlməsini sürətləndirə bilər.

Rusiya artıq 13 ölkəyə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, MDB, həmçinin İran, Monqolustan və KXDR-ə infeksiya diaqnozu üçün test sistemləri göndərdiyini açıqlayıb. Bu sistemlərin Misir, Serbiya və Venesuelaya çatdırılması da gözlənilir.

Xatırlatma

СОVID-19 virusu ötən ilin dekabrında Çinin Vuhan əyalətində üzə çıxıb. İndi bütün dünyada 277 mindən çox adam bu virusu yoluxduğu, 11 min nəfərin öldüyü bildirilir. Mart ayında İtaliya epidemiyanın mərkəzinə çevrilib. Bu ölkədə 47 min nəfərin yeni virusa yoluxduğu bildirilir. İtaliyada ölənlərin sayı 4 mini keçib ki, bu da Çində ölənlərin sayından 800 nəfər çoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG