Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

Xərçəngin müalicəsi üçün addımlar


Qırğızıstanda xərçəngli xəstə
Qırğızıstanda xərçəngli xəstə

Avropa mütəxəssislərinin AbbVie və Biogen-ni multipl sklerozun (MS) müalicəsində uyğun görməsi bu dərmanın gələn aylarda satışına yol açır. Biogen və AbbVie-nin ayda bir dəfə inyeksiya yolu ilə qəbul edilməsi nəzərdə tutulur. Reuters-in dünyada ciddi xəstəliklərlə mübarizədə öncül yerləri tutan dərman preparatları ilə bağlı araşdırmasında belə deyilir.

Reuters-in xəbərinə görə, Avropa Media Agentliyi aprelin 29-da bildirib ki, bu dərmanlar Zinbryta ya daclizumab kimi multipl skleroz formalarının müalicəsində müasir MS terapiya diapozonuna əlavə edilə bilər.

Diqqət çatışmazlığı və hiperaktiv xəstəliyində istifadə edilən Vyvanse dərmanına gözləndiyindən də artıq tələb olub. Bu dərmanın satışı bu ilin birinci rübü üçün proqnozu 12 faiz aşıb.

Vyvanse-nin satışı 22 faiz artıb.

Çin öz dərman sənayesini yaradır

Çində dərman biznesi çiçəklənir. Dünyanın dərman preparatları bazarında bir vaxt ikinci yeri tutan “Big Pharma” var gücüylə öz inkişafını bərpa etməyə cəhd göstərir. Çin səhiyyəsində ötən il GlaxoSmithKline PLC, Eli Lilly və Co kimi nəhəng şirkətlər biotexniki tədqiqatlara və təşəbbüslərin araşdırılmasına 50 milyard dollardan çox vəsait ayırıb. İnvestisiyanın məqsədi Pekinin öz daxili dərman preparatlarının istehsal sənayesini yaratmaqdır.

AstraZeneca firması bu ilin birinci rübündə satışı 12 faiz azaldığından xərclərini azaldıb və diqqətini xərçəngin müalicəsinə yönəldib. Firmanın rəhbəri Pascal Soriot aprelin 29-da deyib ki, o, kommersiya və istehsal xərclərini azaltmaqla onkologiya sahəsində investisiyanı artırmaq niyyətindədir. Artıq firmanın əsas proriteti onkoloji xəstəliklərin müalicəsinə töhfə verməkdir.

AbbVie İnc daha bir yeni dərmanı ilə bazarda əhəmiyyətli rol oynamağa başlayıb. Firma xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanı ilə 5,8 milyard dollar qazanıb və bununla dünyada ən çox satılan Humira-ya rəqib sayıla bilər. AbbVie-nin aksiyaları səhm bazarında 1.3 faiz qalxıb.

Vitse-prezident xərçənglə mübarizəyə qoşulub

ABŞ-ın vitse prezidenti Joe Biden xərçəng əleyhinə mübarizəyə qoşulub. O, beyin xərçənginə tutulmuş 46 yaşlı oğlu Beau-nu itirdikdən sonra vəd verib ki, xərçəngə əlac tapılması üçün qlobal təkana güc verəcək, özəl və ictimai maliyyə resurslarından xərçəng və digər nadir xəstəliklərlə mübarizəyə maliyyə ayrılmasına çalışacaq.

Quest Diagnostics Inc bildirib ki, ABŞ-ın Ərzaq və Dərman Adminstrasiyası onlara Zika virusu üşün diaqnostik testin bu ölkədə komersiya satışına icazə verib. Əvvəllər Zika qan testi yalnız ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin laboratoriyalarında yoxlanırdı.

Zika virusu Brazilayada minlərcə adama yoluxub və 20-dən çox ölkəyə yayılıb. Hamilə qadınlarda uşaqların qüsurlu və ya ölü doğulmasına səbəb olur.

ABŞ-da yeniyetmələr arasında doğuş azalıb

ABŞ-da yeniyetmələr arasında doğum halı ilk dəfə olaraq kəskin aşağı düşüb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin bu günlərdəki açıqlamasına görə, qaradərili və ispan mənşəli amerikalı yeniyetmələr arasında doğum halları son on ildə yarıbayarı azalıb. Bütün Amerikalı yeniyetmələr arasında doğum 2006-cı ildən bəri 40 faiz aşağı düşüb. Mərkəz hesab edir ki, bunun səbəbi preventiv proqramlarla bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG