Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:58

Moskva dünyanın 'ən pis ad çıxarmış şəhəri' oldu?


Moskva
Moskva

Reputation Institute (Reputasiya İnstitutu) adlı nüfuzlu beynəlxalq konsaltinq firmasının hesabatına görə Moskva dünya şəhərlərinin reputasiya reytinqində sonuncu – 56-cı yeri tutub.

Reputasiyası Moskvadan bir qədər yaxşı olan şəhərlərin sırasında Qahirə, Mexiko, Nyu Delhi, İstanbul da var. Bu şəhərlər cədvəlin dibindəki 5 yeri tutublar. Rusiyanın Sankt Peterburq şəhərinin göstəricisi paytaxtdan yaxşıdır – 43-cü pillə.

Dünyanın ən salamat və ya təhlükəsiz şəhəri adını Yaponiyanın paytaxtı Tokio qazanıb. Bu şəhər hesablamaya görə 100 mümkün baldan 81, 8-ni toplayıb.

Tokionun parklarından birində
Tokionun parklarından birində

İkinci yerdə Avstraliyanın ən böyük şəhəri Sidneydir (81, 5).

Üçüncü yeri Danimarkanın paytaxtı Kopenhagen (81) tutub.

ABŞ-ın ən təhlükəsiz şəhəri adını 20-ci yerdə olan San Fransisko qazanıb. Nyu York 24, Vaşiqnton 40-cı yerdədir.

Ümumiyyətlə isə ən salamat şəhərlərin ilk onluğuna Avstriyanın Vyana, İsveçin Stokholm, İsveçrənin Sürix, Almaniyanın Münhen, Kanadanın Monreal və İtaliyanın Venesiya və Roma şəhərləri daxil olublar. London 76,4 balla 17-ci, Paris 73, 3 balla 36, Berlin 72 balla 31-ci yerdədir.

Keçmiş sosialist blokundan ən yaxşı göstərici 25-ci pilləni tutmuş Praqadadır.

Hesabatda deyilir ki, reputasiya reytinqi G7 ölkələrində və Rusiyada 12 min elmi-tədqiqat işi və rəy sorğusu əsasında tərtib edilib.

Burada üç əsas kriteriyaya diqqət yetirilib: idarəetmə, iqtisadiyyat və ətraf mühit. Əlavə kriteriyalar kimi şəhərin estetik görünüşü, abadlıq və təhlükəsizliyi də nəzərə alınıb.

Məsələn, Moskvanın reytinqinin bu qədər pis olmasında şəhərdəki millətçilik əhvalı-ruhiyyəsinin əsas rolu olub. Hərçənd rusiyalılar öz şəhərlərini başqa ölkələrin şəhərlərindən daha yüksək qiymətləndiriblər.

Məsələn rusiyalıların 42 faizi Moskvanı “xaricilərin görməli olduğu şəhər” kimi qiymətləndirib. 27 faiz isə ümumiyyətlə Moskvanı “yaşamalı şəhər” kimi dəyərləndirib.

Qərb ölkələrində adamlar adətən öz şəhərlərinə pis qiymət verirlər.

Hesabatda deyilir ki, reytinqlərin tərtib olunduğu son 7 ildə ilk dəfə olaraq şəhərlərin qiymətləndirilməsində gözəllik öz yerini təhlükəsizlik qayğılarına verib.

Şəhərin təhlükəliyində onun küçələrindəki yol-hərəkətin vəziyyəti nəzərə alınır.

Bu hesabata görə urbanizasiya – yəni şəhərlərşmə prosesi sürətlə davam edir. Bəzi qiymətləndirmələrə görə 2050-ci ilədək planet əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG