Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Almaniya və Serbiya dünya çempionatını tərk edirlər


Almaniya iyunun 27-də azarkeşlərini məyus edib
Almaniya iyunun 27-də azarkeşlərini məyus edib

Rusiyada keçirilən futbol dünya çempionatının növbəti turunda Serbiya və ötən Dünya Kubokunun sahibi Almaniya iyunun 27-də ağır məğlubiyyətlərdən sonra çempionatı tərk ediblər.

Serbiya Moskvada keçirilən matçda 5 dəfə dünya çempionu Braziliya millisinə 0-2 hesabı ilə məğlub olub. Almaniya millisi isə eyni hesabla Cənubi Koreya yığmasına uduzub.

Nijni Novqorod şəhərində qarşılaşan İsveçrə və Kosta Rika milliləri oyunu 2-2 hesabı ilə heçheçə başa çatdırıblar. Bu isə o deməkdir ki, İsveçrə və Braziliya öz qruplarında növbəti mərhələyə adlayıblar, Serbiya və Kosta Rika isə çempionatı tərk edirlər.

Makedoniya doğumlu etnik alban Blerim Dzemaili İsveçrə üçün qol vurub. Bu yığmada bir neçə alban və Kosovo əsilli oyunçular var.

Serbiya iyunun 17-də Kosta Rikaya 1-0 hesabı ilə qalib gəlsə də, iyunun 22-də 1-2 hesabı ilə İsveçrəyə məğlub olub.

İyunun 27-də keçirilmiş başqa bir matçda İsveç 3-0 hesabı ilə Meksika yığmasını məğlub edib. Bu turdan sonra İsveç və Meksika növbəti mərhələyə adlayıblar, Cənubi Koreya və Almaniya isə çempionatdakı iştiraklarını dayandırmalı olacaqlar.

Bu ilk dəfədir ki, 2014-cü il Dünya Kubokunun qalibi olmuş almanlar ikinci dövrəyə keçə bilməyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG