Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Bu ilin 10 ən yaxşı fotosu [fotolar]

2017-ci ilin 10 ən yaxşı fotosunun müəllifləri bu anların tarixçəsini bölüşür.

1: Kalınivka silah anbarında partlayış

Ukraynanın mərkəzi hissəsində yerləşən Kalınivka yaxınlığında tonlarla sursatın saxlandığı silah anbarı üzərində nəhəng alov kürəsi. 27 sentyabr, 2017. Foto: Gleb Garanich/Reuters

Reuters-in fotoqrafı Gleb Garanich və onun operator həmkarı gecə saatlarında bir neçə buraxılış məntəqəsini keçəndən sonra havaya uçan raketlərə nə qədər yaxınlaşa biləcəklərini müəyyən etməyə çalışıblar. Güman ki, “Uraqan” raketinin qəlpəsi olan iri bir metal parçası onların maşınlarının 200 metrliyində kolluğa düşüb. "Bu ona işarə idi ki, artıq dayanmaq vaxtıdır", – o deyir. Kameralarını kökləyəndən 5 dəqiqə sonra bu partlayış baş verib.

Ukraynanın mərkəzi hissəsində yerləşən Kalınivka yaxınlığında tonlarla sursatın saxlandığı silah anbarı üzərində nəhəng alov kürəsi. 27 sentyabr, 2017. Foto: Gleb Garanich/Reuters
Ukraynanın mərkəzi hissəsində yerləşən Kalınivka yaxınlığında tonlarla sursatın saxlandığı silah anbarı üzərində nəhəng alov kürəsi. 27 sentyabr, 2017. Foto: Gleb Garanich/Reuters

Səhərsə Garanich yerli sakinlərin qorxmuş simalarını görüb. "Onlar cəbhə xəttindən 1000 kilometr aralıda belə bir şeyin baş verdiyinə inana bilmirdilər", – o deyir.

2: Rock Za Bobrov festivalında rəqs edən Paval Konovalchik

Əlil arabasında oturmuş Paval Konovalchik Minsk yaxınlığında keçirilən Rock Za Bobrov festivalında rəqs edir. Kütlə isə onu başı üzərində saxlayıb. 22 iyul, 2017. Foto: Alexander Kandybo/Rock Za Bobrov.

"Day Daroqu" ("Yol ver") qrupu çıxışına başlayan zaman Paval Konovalchik səhnəyə yol tapmağa çalışırmış. Fotoqraf Alexander Kandybo səhnənin yaxınlığından əlil arabasında olan, "Yol verin, yol verin!" deyən bu fanatı görürmüş. Birdən bir qrup tanımadığı adam Konovalchik-in arabasını yuxarı qaldırıb. Fotoqraf deyir ki, təsadüfən "Day Daroqu" qrupunun həmin vaxt oxuduğu mahnı da "Arabaya hoppan" adlanırmış. "Birdən arabası kütlənin başı üstünə qaldırılmış, musiqidən həzz alaraq rəqs edən bu oğlanı gördüm", - o deyir.

Əlil arabasında oturmuş Paval Konovalchik Minsk yaxınlığında keçirilən Rock Za Bobrov festivalında rəqs edir. Kütlə isə onu başı üzərində saxlayıb. 22 iyul, 2017. Foto: Alexander Kandybo/Rock Za Bobrov.
Əlil arabasında oturmuş Paval Konovalchik Minsk yaxınlığında keçirilən Rock Za Bobrov festivalında rəqs edir. Kütlə isə onu başı üzərində saxlayıb. 22 iyul, 2017. Foto: Alexander Kandybo/Rock Za Bobrov.

Adamlar Konovalchik-in arabasını iki mahnı boyu başları üstündə saxlayıblar.

3: Hələbdə dağıdılmış evində musiqi dinləyən Mohammed Anis.

70 yaşlı kişi özünün Hələbin Əl-Şəar məhəlləsindəki dağıdılmış yataq otağında qəlyan çəkərək qrammofona qulaq asır. 9 mart, 2017. Foto: Joseph Eid/AFP.

Suriyadakı vətəndaş müharibəsinin səs-küyü və xaosu içərisində yaşlı kişinin sakitlik anından həzz aldığı bu görüntü dünyanın diqqətini cəlb edib.

Mohammed Anis adlı bu kişinin öz kosmetika zavodu və 24 maşından ibarət klassik avtomobil kolleksiyası varmış. Bütün səylərinə baxmayaraq, maşınlarının çoxu müharibə zamanı məhv olub. Görüş zamanı Anis AFP-nin fotoqrafı Joseph Eid və onun jurnalist həmkarını özünün bomba dağıtmış evinə dəvət edib. 70 yaşlı kişi zorakılıq dolu bütün bu illər ərzində evini tərk etmək istəməyib. Yataq otağına daxil olanda Eid Hələbdə tez-tez sönüb-yanan işıqların xarab edə bilmədiyi bu lüks qrammofonu görüb və onun işləyib-işləmədiyini soruşub. "Əlbəttə! Ancaq əvvəlcə mən öz qəlyanmı yandırmalıyam, çünki heç vaxt musiqini onsuz dinləmirəm", – deyə Anis cavab verib.

70 yaşlı kişi özünün Hələbin Əl-Şəar məhəlləsindəki dağıdılmış yataq otağında qəlyan çəkərək qrammofona qulaq asır. 9 mart, 2017. Foto: Joseph Eid/AFP.
70 yaşlı kişi özünün Hələbin Əl-Şəar məhəlləsindəki dağıdılmış yataq otağında qəlyan çəkərək qrammofona qulaq asır. 9 mart, 2017. Foto: Joseph Eid/AFP.

Eid-in sözlərinə görə, bu fotonun gücü Suriya müharibəsinin faciəsini hər hansı qrafik təsvirlər olmadan ötürə bilməsindədir. "O, sadəcə, həyatın gücündən danışır", – o deyir. Fotoqraf sonradan eşidib ki, Anis bu yaxınlarda öz kosmetika biznesini bərpa edib və indi evini yenidən tikməklə məşğuldur.

4: "Qara həyatlar əhəmiyyətlidir" aksiyasının iştirakçısı

Kandy Freeman Nyu Yorkdakı Trump qülləsi qarşısında "Qaraların həyatı əhəmiyyətlidir" aksiyasında iştirak edir. 14 yanvar, 2017. Foto: Stephanie Keith/Reuters.

“Reuters”in fotoqrafı Stephanie Keith gənc etirazçıdan şəklini çəkmək üçün icazə istəyib və onu qızıl dükanının işıqlarına tərəf çəkib. "Çəkiliş cəmi iki dəqiqə çəkdi, çünki dükanda işləyən oğlan bizə qışqırırdı: "Gedib burdan! Gedin burdan!" Çünki biz "etirazçı" idik. Mən fotoları göndərdim, ancaq bu fotoda "xəbər kontentinin" olduğuna çox da əmin olmadığımdan onu göndərmədim. Foto dərc ediləndən sonra Kandy Freeman-dan "güclü" görüntüyə görə təşəkkür məktubu aldım", – müəllif deyir.

Kandy Freeman Nyu Yorkdakı Trump qülləsi qarşısında "Qaraların həyatı əhəmiyyətlidir" aksiyasında iştirak edir. 14 yanvar, 2017. Foto: Stephanie Keith/Reuters.
Kandy Freeman Nyu Yorkdakı Trump qülləsi qarşısında "Qaraların həyatı əhəmiyyətlidir" aksiyasında iştirak edir. 14 yanvar, 2017. Foto: Stephanie Keith/Reuters.

5: Las Veqasda kütləvi atışma

Route 91 Harvest kantri musiqi festivalı zamanı konsertə gələnlərin atışmaya reaksiyası. 1 oktyabr, 2017. Foto: David Becker/AFP.

Fotoqraf David Becker deyir ki, güclü atışma səsləri eşitdiyi üçün media çadırını tərk edib. Ancaq təhlükəsizlik işçisi ona səsin xarab olmuş səs avadanlığından gəldiyini deyib. O, insanların çaxnaşma içərisində qaçdığını görüb və öz güclü Nikon kamerası (10000 ISO çəkə bilən) ilə özünün belə görə bilmədiyi detalları çəkə bilib.

Route 91 Harvest kantri musiqi festivalı zamanı konsertə gələnlərin atışmaya reaksiyası. 1 oktyabr, 2017. Foto: David Becker/AFP.
Route 91 Harvest kantri musiqi festivalı zamanı konsertə gələnlərin atışmaya reaksiyası. 1 oktyabr, 2017. Foto: David Becker/AFP.

6: Şəhəri tərk edən Mosul sakinləri yoxlanılarkən

İraq xüsusi qüvvələrinin əsgəri Mosulun ekstremist "İslam Dövləti" qruplaşmasının nəzarətində olan hissəsini tərk edən adamların üzərində partlayış kəmərinin olub-olmadığını yoxlayır. 4 mart, 2017. Foto: Goran Tomasevic/Reuters.

Martın 3-ü Reuters-in fotoqrafı Goran Tomasevic Mosulun "İslam Dövlətinin" nəzarətində olan hissəsində İraq əsgərlərinin keçirdiyi reyd zamanı ölümdən qurtulub. Qəfildən başlayan atışma zamanı Tomasevic onunla birlikdə yaxınlıqdakı evə girməyə çalışan əsgərin güllə ilə vurularaq öldüyünü görüb. Gecə düşəndə isə üzərində intihar kəməri olan terrorçu evin qapısına yaxınlaşıb. Burada onu güllə ilə vurublar. Hadisə Tomasevic-dən cəmi bir neçə metr aralıda baş verib. Növbəti gün qocaman müharibə fotoqrafı bu mənzərə ilə qarşılaşıb. Həmin yoxlama zamanı əsgərlər sakinləri sakitləşdirmək üçün silahlardan havaya atəş açır, ərəbcə onların üstünə qışqırırlarmış.

İraq xüsusi qüvvələrinin əsgəri Mosulun ekstremist "İslam Dövləti" qruplaşmasının nəzarətində olan hissəsini tərk edən adamların üzərində partlayış kəmərinin olub-olmadığını yoxlayır. 4 mart, 2017. Foto: Goran Tomasevic/Reuters.
İraq xüsusi qüvvələrinin əsgəri Mosulun ekstremist "İslam Dövləti" qruplaşmasının nəzarətində olan hissəsini tərk edən adamların üzərində partlayış kəmərinin olub-olmadığını yoxlayır. 4 mart, 2017. Foto: Goran Tomasevic/Reuters.

7: Putin yağışda

Rusiya prezidenti Vladimir Putin faşist Almaniyasının SSRİ-yə hücumunun 76-cı ildönümünə həsr edilmiş mərasim zamanı Moskvada Naməlum əsgər abidəsinin qarşısında güclü yağışın altında bir dəqiqəlik sükutla müharibə qurbanlarını yad edir. 22 iyun, 2017. Foto: Aleksei Druzhinin/Kreml (Reuters vasitəsilə).

Putin-in prezident administrasiyasında çalışan fotoqraf Aleksei Druzhinin deyir: "İnsanlar fotonun özünə yox, Putinin çətir götürməkdən imtina edərək güclü yağışın altında dayanmasına reaksiya verdilər". Sonradan Putin bu reaksiyaya "Şəkərdən düzəlməmişəm, ərimərəm" deyərək münasibət bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin faşist Almaniyasının SSRİ-yə hücumunun 76-cı ildönümünə həsr edilmiş mərasim zamanı Moskvada Naməlum əsgər abidəsinin qarşısında güclü yağışın altında bir dəqiqəlik sükutla müharibə qurbanlarını yad edir. 22 iyun, 2017. Foto: Aleksei Druzhinin/Kreml (Reuters vasitəsilə).
Rusiya prezidenti Vladimir Putin faşist Almaniyasının SSRİ-yə hücumunun 76-cı ildönümünə həsr edilmiş mərasim zamanı Moskvada Naməlum əsgər abidəsinin qarşısında güclü yağışın altında bir dəqiqəlik sükutla müharibə qurbanlarını yad edir. 22 iyun, 2017. Foto: Aleksei Druzhinin/Kreml (Reuters vasitəsilə).

8: Navalny. Zelyonka

Rusiyalı müxalifət lideri Aleksei Navalny Moskvada naməlum şəxslərin ona "zelyonka" ilə hücum etməsindən sonra. 27 aprel, 2017. Foto: Evgeny Feldman/Pool Photo (AP vasitəsilə).

"Gülməli görünsə də, çox ağrıdır", - Aleksei Navalny üzünə "zelyonka" töküləndən sonra sosial şəbəkədə yazmışdı. Fotoqraf Yevgeny Feldman bu fotonu Navalny xəstəxanadan təzəcə çıxanda çəkib. O, həmin hadisədən iki ay öncə Navalny-nı kampaniya səfərlərində müşayiət etdiyini və hər səfər zamanı onun müxtəlif hücumlara, üstünə mürəkkəb, "zelyonka" və yumurta atıldığını deyir.

Rusiyalı müxalifət lideri Aleksei Navalny Moskvada naməlum şəxslərin ona "zelyonka" ilə hücum etməsindən sonra. 27 aprel, 2017. Foto: Evgeny Feldman/Pool Photo (AP vasitəsilə).
Rusiyalı müxalifət lideri Aleksei Navalny Moskvada naməlum şəxslərin ona "zelyonka" ilə hücum etməsindən sonra. 27 aprel, 2017. Foto: Evgeny Feldman/Pool Photo (AP vasitəsilə).

9: Savchenko parlamentdə

Ukraynalı deputat Nadia Savchenko Kiyevdə parlamentin sessiyası zamanı nalayiq jest göstərərkən 22 iyun, 2017. Foto: Vladyslav Musiienko/Reuters.

Ukraynalı hərbi təyyarəçi Nadia Savchenko Rusiyada həbsdə olduğu zaman Ukraynanın Rusiya təcavüzü qarşısındakı gücünün rəmzinə çevrilib. Onun rusiyalı hakimə orta barmağını göstərməsinin görüntüləri məşhurdur. Ancaq həmin jesti Ukrayna parlamentində göstərməsi eyni dərəcədə alqışlanmayıb.

Ukraynalı deputat Nadia Savchenko Kiyevdə parlamentin sessiyası zamanı nalayiq jest göstərərkən 22 iyun, 2017. Foto: Vladyslav Musiienko/Reuters.
Ukraynalı deputat Nadia Savchenko Kiyevdə parlamentin sessiyası zamanı nalayiq jest göstərərkən 22 iyun, 2017. Foto: Vladyslav Musiienko/Reuters.

"Mənim üçün bu, parlamentdə adamın özünü necə aparmalı olmadığına nümunə idi", – fotoqraf Vladyslav Musiienko deyir.

10: Qazaxıstanın Altın-Emel milli parkında qum fırtınası. 30 aprel, 2017. Foto: Alesya Osadchaya.

Alesya Osadchaya Moskvadan xüsusi olaraq Qazaxıstanın şərqindəki məşhur "oxuyan qum təpələrini" görmək üçün gəlibmiş. Ancaq səhranın oxuduğunu yox, əməlli-başlı "qışqırdığını" görüb. Osadchaya və həmin vaxt orada olmuş digər turistlərin fotoları 2017-ci il üçün National Geographic-in Təbiət fotoqrafları müsabiqəsində finala çıxıb.

Alesya Osadchaya Moskvadan xüsusi olaraq Qazaxıstanın şərqindəki məşhur "oxuyan qum təpələrini" görmək üçün gəlibmiş...

Günün bütün mövzuları

XS
SM
MD
LG