Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Hesabat: Dünyanın ən zənginləri dünyanı çirkləndirir


Yer kürəsində karbon qazı (CO2) tullantılarının yarısı üçün məsuliyyəti planet sakinlərinin ən varlı 10 faizi daşıyır.

Bu barədə The Guardian, Oxfam bərabərsizliklə mübarizə təşkilatı və Stokholm ətraf mühit institutunun birgə tədqiqat hesabatında deyilir.

Hesabatda bu da qeyd olunur ki, qlobal istiləşməyə səbəb olan istixana qazı tullantısının 16 faizi ən varlı Yer sakinlərinin 1 faizinin payına düşür.

1.3 milyon əlavə ölüm

Hesablamalara görə bu, yaxın onilliklərdə havaların istiləşməsinə görə əlavə olaraq 1.3 milyon insanın ölümünə səbəb ola bilər.

Bildirilir ki, bu ölümləırin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə baş verəcək.
BMT-nin hesabatına görə bu ölümlərin 91 faizi təbii fəlakətlərə görə baş verir.

Hesabatda deyilir ki, iqlim dəyişikliyindən ən çox əhalinin yoxsul təbəqələri, etnik azlıqlar, miqrantlar, küçələrdə işləyən və yaşayan qızlar və qadınlar iztirab çəkir.

Bu adamların çox nadir hallarda sığortası, əmanətləri və sosial müdafiəsi olur.

Fəhlə bazarının günəmuzd qadınları: 'Xoş günlə yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00

"İfrat zənginlər planeti qarət edir"

Oxfam təşkilatının nümayəndəsi Kyara Liquori bu barədə deyib:

"İfrat zənginlər planeti qarət edir və çirkləndirir, onu dağılmaq vəziyətinə çatdırır, bunun bədəlini isə ən az imkanı olanlar ödəyir".

Liquorinin sözlərinə görə ikili böhranlar - iqlim və sosial bərabərsizlik bir-birini "qidalandırır".

Oxfam ən varlılar və mədən sənayesi şirkətləri üçün gəlir vergisini artırmağa, bu pulu ən çox ziyan çəkənlərə, bərabərsizliyin aradan qaldırılmasına və bərpa olunan enerji növlərinin istehsalına xərcləməyə çağırır.

Bu da xəbər verilir ki, iqlim ədaləti ilə bağlı məsələlər BMT-nin noyabrın sonlarında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək iqlim konfransında müzakirə olunacaq.

XS
SM
MD
LG