Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Dünya əhalisi 8 milyardı keçdi


2080-ci illərdə planetin əhalisi pik nöqtəsinə - 10 milyard 400 milyon nəfərə çatmalıdır

Yür kürəsinin əhalisi 8 milyard nəfərə çatıb. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Planet əhalisinin bu saya çatacağına dair məlumartı BMT hələ iyulun 11-də Dünya Əhali Günündə elan etmişdi.

O vaxt Dünya Əhalisinin Prospekti 2022 (World Population Prospect 2022) adlı hesabat dərc olunmuşdu.

Hesabatda deyilirdi ki, noyabrın 15-də planetin əhalisi 8 milyard nəfəri keçəcək.

Qlobal əhalinin artması səhiyyənin inkişafı, sanitariya sahəsində əldə olunmuş uğurlar, içməli suya çıxışın yaxşılaşması və genişmiqyaslı vaksinasiya kampaniyaları ilə bağlıdır.

Hindistan Çini geridə qoyacaq

Son 200 ildə dünyanın əhalisi 8 dəfə artıb. 1900-cı illərin əvvəllərində planetdə cəmi 1.5 milyard adam vardı.

2000-ci illərdə əhali artıq 6 milyard nəfərə çatmışdı. 2011-ci ildə bu rəqəm 7 milyard idi.

Beləliklə, son 11 ildə əhalinin sayı daha 1 milyard nəfər artıb.

BMT-nin təxminlərinə görə Yerin əhalisi 9 milyard rəqəminə 2037-ci ildə, 10 milyard rəqəminə isə 2058-ci ildə çatacaq.

Pik nöqtəsi

2080-ci illərdə planetin əhalisi pik nöqtəsinə - 10 milyard 400 milyon nəfərə çatmalıdır.

Dünya əhalsinin böyük bir qismi Çin və Hindistanın payına düşür.

BMT-nin qiymətləndirməsinə görə bu ölkələrdə planet əhalisinin 36 faizi və ya 3 milyard nəfəri yaşayır.

Proqnozlara görə Hindistan 2023-cü ildə Çini geridə qoyaraq dünyanın ən sıx əhalili ölkəsinə çevriləcək.

Əhalinin azaldığı yerlər

Bununla belə BMT-nin məlumatında deyilir ki, dünya əhalisinin artım sürəti azalır.

Proqnozlara görə 2050-ci ildək 60-dan çox ölkədə əhali ən azı 1 faiz azalacaq.

Buna səbəb həmin ölkələrdə təbii artımın azalması, bir sıra hallarda isə miqrasiyanın yüksək faizidir.

İran İnqilab Keşikçiləri Korpusu terrorçu təşkilat hesab oluna bilər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

İlhaq olunmuş Krım da daxil Rusiyanın əhalisi 2022-ci ilin 1 yanvarında 145.5 milyon nəfər idi.

Bu, bir il əvvəllə müqayisədə 700 min nəfər azdır. Rusiyada 2021-ci ildə ölümlər 15 faiz artıb, doğumlar isə 2 faiz azalıb.

Rusiyada Putinin elan etdiyi qismən səfərbərliyə qədər ölkəni 419 min nəfər tərk etmişdi.

Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Avropaya qanunsuz miqrasiya bir ildə 73 faiz artıb

Avropa İttifaqının Frontex sərhəd agentliyi 2022-ci ilin yanvarından bəri Avropaya 275 min qanunsuz giriş qeydə alıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz çoxdur.

Frontex bildirir ki, bu, həm də 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Frontex agentliyinin məlumatına görə miqrantlar Avropaya qanunsuz giriş üçün daha çox Qərbi Balkan ölkələrinin ərazisindən istifadə edirlər.

2022-ci ildə bu marşrutdan əksəriyyəti Burundi, Əfqanıstan və İraqdan olan 128 min miqrant istifadə edib.

Onların çoxu vizasız olaraq Serbiyaya gəlir və Aİ ölkələrinin sərhədlərinə yollanırlar.

Miqrantların böyük bir qrupu Aİ ərazisinə Aralıq dənizindən İtaliyaya gəlməklə keçirlər. 2022-ci ilin ilk doqquz ayı ərzində bu marşrutdan 79 min miqrant istifadə edib.

Bu da qeyd olunur ki, Aİ ərazisinə Ukrayna və Belarusdan qanunsuz girişlərin sayı azalıb.

Bu, Aİ üzvləri Polşa, Litva və Latviyanın Belarusla sərhəddə hasar tikməsinə görə baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG