Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:06

Dünya Azərbaycanlılarının Həmrəylik günüdür 


Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 25 ildir ki, bu bayram Azərbaycanda rəsmən qeyd edilir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin dağılması zamanı qoyulub.

O hadisələrin şahidlərinin deməsinə görə, «Berlin divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərinin sökülməsi ilə bir-birlərinə sevgilərini bildiriblər.Sərhəd məftillərinin əsasən, Azərbaycan SSR-in Cəlilabad, Naxçıvan Muxtar Respublikası və başqa sərhəd bölgələrində əhalinin səyi ilə söküldüyü qeyd edilir.

Elə həmin vaxt İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

İki il ötüb, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG