Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Nazirlәr Dunja Mijatoviçlә görüşüb


Dunja Mijatovic
Dunja Mijatovic

Xarici işlər naziri Elmar Məmmədyarov vә ədliyyә naziri Fikrәt Mәmmәdov iyulun 11-dә Azәrbaycanda sәfәrdә olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunja Mijatoviçlә görüşüblәr.

Bu barədə adıçəkilən nazirliklər məlumat yayıb.

Ədliyyə naziri Fikrәt Mәmmәdov isә Dunja Mijatoviçlә görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın önəmini vurğulayıb vә məhkəmə-hüquq islahatları barәdә mәlumat verib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Mijatoviç səfərin məqsədinin insan haqlarının təminatı sahəsində dəstək göstərmək olduğunu bildirib.

Xanım Mijatoviç cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığı, bəzi suallara aydınlıq gətirildiyi deyilir.

Nazir Elmar Məmmədyarov isə Azərbaycanın Avropa Şurasının yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib.

O, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib vә Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasının, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüşdə digәr mәsәlәlәrin dә müzakirә olunduğu qeyd edilir.

Dunja Mijatoviç bir neçə gündür Bakıdadır və vətəndaş cəmiyyətinin üzvləri, siyasi fəallar, vəkillərlə yanaşı rəsmilərlə də görüşlər keçirir.

XS
SM
MD
LG