Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Suriya hadisələrinə “birlikdə güclü reaksiya” veriləcək - YENİLƏNİB


Duma şəhəri
Duma şəhəri

Suriyanın Duma şəhərində kimyəvi hücumdan onlarla adamın öldüyü xəbər verilir.

Bu barədə müxalifət fəalları və “Ağ dəbilqəlilər” kimi tanınan xilasedicilər xəbər verirlər.

Hücumun aprelin 7-də törədildiyi bildirilir.

Bu şəhər şərqi Quta regionunda yerləşir.

Quta, Suriya üsyançılarının əlində olan sonuncu regiondur.

Amma bu məlumat hələlik, müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

***

Suriyada üsyançıların əlində olan Duma şəhərinə kimyəvi silahla gerçəkləşdirildiyi bildirilən hücuma “birlikdə güclü reaksiya” veriləcək. Bunu ABŞ prezidenti Donald Trump və Fransa lideri Emmanuel Macron deyirlər.

Aprelin 8-də telefonla danışan iki lider bu “dəhşətli” hücumu pisləyib və belə bir ümumi mövqeyə razılaşıblar ki, Suriya prezident Bashr al-Assad “insan haqları pozuntularının davam etməsinə görə cavab verməlidir”.

Macron-un idarəsinin məlumatına görə, aprelin 9-da BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında iki ölkə səylərni birləşdirəcək.

Trump aprelin 8-də Rusiya prezidenti Vladimir Putin-i və İranı Assad-ı dəstləklədiklərinə görə tənqid edib. Trump Assad-a “heyvan” deyib, kütləvi qırğın silahlarına əl atmağın “böyük bədəli” olacağını vurğulayıb.

ÜSYANÇILARLA RAZILIĞA GƏLİNİB

Aprelin 9-da Suriya dövlət mediasının yaydığı təsdiqlənməmiş məlumatlara görə, Homs şəhəri yaxınlığındakı hərbi bazaya raket zərbəsində bir neçə nəfər öldürülüb və ya yaralanıb.

*** Buna da bax: Homs aerodromunun vurulduğu bildirilir

Ötən il aprelin 7-də ABŞ ordusu Suriyanın Shayrat aerodromunu Tomahawk qanadlı raketləriylə vurmuşdu. Hökumətin üsyançıların əlində olan Xan Şeyxun şəhərinə kimyəvi qaz hücumu gerçəklşdirmiş təyyarələrinin məhz bu bazadan qalxdığı qənaətinə gəlinmişdi.

O zaman Kimyəvi Silahların Qadağanı Təşkilatının fakt-araşdırıcı missiyası da Assad qüvvələrini həmin hücumda ittiham etmişdi.

Suriya hökuməti azı 80 nəfərin öldüyü həmin hücumda əli olmadığını deyirdi.

Suriya, Rusiya və İran Dumada xlor qazından 100-dən çox adamın ölməsi barədə məlumatların da “uydurulduğunu” bildirib.

“Reuters”in məlumatına görə, aprelin 8-də Rusiyanın Müdafiə Nazirliyi Suriya müxalifəti ilə razılaşma əldə edib, Rusiya hərbi polisinin nəzarəti altında Dumadan üsyançıların evakuasiyası razılaşdırılıb.

Suriya dövlət mediası aprelin 8-də üsyançıların ilk hissəsinin Dumadan çıxmağa başladığını yazıb.

Moskva hələlik, Dumada kimyəvi silah hücumunun olmamasıyla bağlı iddiasının silah inspektorları tərəfindən araşdırılmasına icazə verib-verməyəcəyini bildirməyib.

***

ABŞ bəyan edib ki, əgər bu hücum təsdiqlənsə, ona görə Dəməşqə hərbi və diplomatik dəstək göstərən Rusiya cavabdehlik daşıyacaq.

ABŞ prezidenti Donald Trump isə özünün Tvitter hesabında yazıb ki, Suriyada bu “axmaq kimyəvi hücum" dan uşaqlar və qadınlar da daxil olmaqla xeyli insan ölüb. "Prezident Putin, Rusiya və İran Assadı dəstəklədiklərinə görə cavabdehlik daşıyırlar".

Ölənlərin sayı barədə müxtəlif məlumatlar gəlir.

Xilasedicilərin məlumatına görə, 40-nəfərdən 70-dək adam ölüb.

Onlar öinsanlarda qazdan zəhərlənmə halları olduğunu, ağızlarından köpük gəldiyini deyirlər.

Suriya-Amerika tibb cəmiyyəti və Duma mülki müdafiə xidmətiinin məlumatına görə isə hücum nəticəsində 50-ə yaxın adam ölüb.

Məlumata görə tibbi mərkəzlərə boğulma simptomu ilə500 dən çox adam gətirilib.

Suriya hakimiyyəti və onun əsas müttəfiqi olan Moskva məlumatı uydurma adlandırıblar.

Rusiyanın xarici işlər naziriliyi bəyanat yayaraq məlumatı qondarma adlandırıb və xəbərdarlıq edib ki, belə bir yalan məlumat əsasında istənilən hərbi hərəkətin pis nəticələri ola bilər.

Türkiyə isə Dumada kimyəvi silah işlədilməsini kəskin pisləyib.

2017-ci ilin aprelində Suriyada üsyançıların əlində olan Xan Şeyxun şəhərində zarin qazından istifadə, 80-dən çox adaın ölümü ilə nəticələnmişdi.

BMT-nin apardığı müstəqil araşdırmada bildirilir ki, həmin hücuma görə Suriya rejimi cavabdehlik daşıyır.

Dəməşqsə ittihamı rədd edir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG