Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:03

BMT hələ də Suriya və Rusiyayla danışıqlar aparır


Beynəlxalq ekspertlərin təftiş edəcəyi iki yer Rusiya hərbi polisinin nəzarətindədir
Beynəlxalq ekspertlərin təftiş edəcəyi iki yer Rusiya hərbi polisinin nəzarətindədir

Kimyəvi silah ekspertlərinin Duma şəhərinə buraxılmasından ötrü BMT təmsilçiləri Suriya və Rusiya hakimiyyəti ilə təhlükəsizlik məsələlərini müzakirə edir. Açıqlamanı BMT rəsmiləri verib. Məqsəd beynəlxalq kimyəvi silah ekspertlərinin Dumadakı şübhəli qaz hücumunu araşdırmaqdan ötrü şəhərə çıxış əldə etməsidir.

“Frans Pres” agentliyi BMT-nin Təhlükəsizlik Departamentinə (UNDSS) istinadla xəbər verir ki, komandanın “mümkün qədər tez” işə başlamasından ötrü razılaşmaların əldə olunacağına ümid edir.

OPCW rəhbəri Ahmet Uzumcu deyib ki, “komandanın Dumada nə vaxt işə başlayacağı bəlli deyil”.

ABŞ-ın müdafiə naziri Jim Mattis isə müfəttişlərin əraziyə çatmasının yubanmasına görə Suriya hökumətini günahlandırıb.

ABŞ Dövlət Departamentinin aprelin 18-də axşam verdiyi bəyanatda isə deyilir ki, Suriyada şübhəli kimyəvi silah hücumuna görə “Rusiya məsuliyyət daşıyır”.

***

Kimyəvi silahlara qlobal nəzarət təşkilatının başçısı deyib ki, beynəlxalq ekspertlərin Suriyanın Duma şəhərinə nə vaxt daxil ola biləcəkləri naməlum qalır. Ekspertlər burada əhaliyə qarşı iddia edilən kimyəvi hücumun nəticələrini araşdırmalıdırlar.

Kimyəvi Silahların Qadağanı Təşkilatının (OPCW) başçısı Ahmet Üzümcü aprelin 18-də deyib ki, BMT təhlükəsizlik ekspertləri Duma yaxınlığında atəş altına düşüblər.

Qərb dövlətləri aprelin 7-də Suriya hökumətini Duma şəhərinə kimyəvi hücum etməkdə günahlandırıb. Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, bu şəhərdə “yüksək toksikliyə malik maddədən zəhərlənməyə bənzəyən simptomlardan” 43 nəfər həlak olub.

Birləşmiş Ştatlar, Britaniya və Fransa aprelin 14-də Suriya hökumətinin iddia edilən kimyəvi hücumuna cavab olaraq Suriyaya hava zərbələri endiriblər.

Qərb gücləri belə bir mülahizə irəli sürürlər ki, OPCW müfəttişlərinin Dumaya gəlişinə Suriya hökuməti və onun müttəfiqi Rusiya maneçilik törədir.

Dəməşq və Moskva 7 aprel insidentinin uydurma olduğunu bildirir.

Üzümcü aprelin 18-də deyib ki, artıq Dəməşqdə olan OPCW ekspertləri buna yalnız BMT təhlükəsizlik elkspertləri icazə verdikdən sonra Duma şəhərinbə daxil olacaqlar.

Üzümcü bunu da bildirib ki, BMT heyəti Dumadakı iki məkanda kəşfiyyat-tanışlıq işlərini aprelin 17-də aparmalı idi.

Təhlükəsizlik komandası birinci məntəqəyə gələndə burada böyük insan izdihamı toplaşıb və BMT ekspertləri həmin yeri tərk etməli olublar.

İkinci məntəqədə isə müfəttişlər kiçik çaplı silahlardan açılan atəş altına düşüblər.

Hadisə nəticəsində itki olmayıb və heyət paytaxta qayıdıb.

OPCW rəhbəri bildirib ki, sözü gedən iki şübhəli məntəqə Rusiya hərbi polisinin nəzarətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG