Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 21:21

Rusiyada “Avropa Məhkəməsini saymamaq qanunu” qəbul edildi


Dövlət Duması
Dövlət Duması

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının icra olunmamasına icazə verən qanun qəbul edib

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının icra olunmamasına icazə verən qanun qəbul edib.

Dövlət Dumasında qəbul olunmuş qanun Rusiya Konstitusiya Məhkəməsinə beynəlxalq məhkəmələrin qərarlarını tanımamaq səlahiyyəti verir.

Bu məqsədlə “Rusiya Federasiyası Konstitusiya Məhkəməsi haqqında qanuna” müvafiq düzəliş edilib.

Layihə müəlliflərinin fikrincə, Rusiyaya “hüquqi müstəqillik” verəcək və beynəlxal məhkəmələrin “qərəzli qərarlarının” qarşısını alacaq

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Duma tərəfindən qəbul olunmuş qanun, layihə müəlliflərinin fikrincə, Rusiyaya “hüquqi müstəqillik” verəcək və beynəlxal məhkəmələrin “qərəzli qərarlarının” qarşısını alacaq.

Vladimir Putinin Vahid Rusiya Partiyasından olan millət vəkili, layihənin müəlliflərindən biri Vladimir Pliqin iddia edir ki, bu qanunun qəbul edilməsi Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mane olmayacaq.

Bu qanunun qəbul edilməsi əleyhinə Ədalətli Rusiya Partiyasının üç deputatı səs verib.

Sənəd 436 səslə qəbul olunub.

“Qara qızın dərdi”

Rusiya Konstitusiya Məhkəməsinin iyul ayında qəbul edilmiş qətnaməsində deyilirdi ki, Rusiya, konstitusiya normalarının pozulduğu hallarda Avropa Məhkəməsinin qərarlarını tanımaya bilər.

İyun ayında Dövlət Dumasının 90 deputatı Avropa Məhkəməsi qərarlarının Rusiyada necə icra olunmalı olduğu haqda sualla Konstitusiya Məhkəməsinə müraciət etmişdilər.

Maraqlıdır ki, bundan əvvəl Rusiyanın Ədliyyə Nazirliyi bildirmişdi ki, Avropa İnsan Haqları Məhkəməsinin YUKOS şirkətinin səhmdarlarına 1, 86 milyard dollar ödənməsini tələb edən qərarı düşünülmədən və tələsik qəbul edilib.

Bu da məlumdur ki, Ukraynanın 700-dək vətəndaşı Avropa Məhkəməsinə Rusiya hökumətindən şikayət verib.

XS
SM
MD
LG