Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 23:00

Polşa prezidenti ‘Putinə görə’ İsrailə getməyəcəyini ehtimal edir


Andrzej Duda

Polşa prezidenti Andrzej Duda deyib ki, o, böyük bir ehtimalla Holokost qurbanlarının İsraildə keçiriləcək ümumdünya xatirə forumuna getməyəcək.

Dudanın bu səfərdən imtina etməsinin əsas səbəblərindən biri də Rusiya prezidenti Vladimir Putinin sözü gedən tədbirdə iştirak etməsidir.

Bu barədə rəsmi qərar hələki qəbul edilməsə də, Polşa tərəfi Vladimir Putinin bu forum zamanı oynaya biləcəyi roldan narahatdır. Bu barədə Polşa mediası xəbər verib.

Polşa prezidentinin xüsusi nümayəndəsi Kristoph ‎Schersky deyib ki, bu tədbirin proqramına görə onun əsas qonağı və əsas çıxışçısı Vladimir Putin olmalıdır.

Nümayəndənin sözlərinə görə, beləliklə Rusiya prezidentinə bu tədbirdə II Dünya Müharibəsi və onun başlanma səbəbləri barədə yanlış məlumatlar səsləndirmək imkanı yaradılacaq və bu, Polşa tərəfi üçün qeyri-məqbuldur.

Putin 2019-cu ilin son günlərində II Dünya Müharibəsinin başlanması səbəbləri və müharibəyə qədərki dövrdə Polşa və SSRİ-nin siyasətlərinə, habelə Molotov-Ribbentrop paktına aid bir neçə ziddiyyətli fikirlər səsləndirib.

O bu məsələni özünün illik mətbuat konfransında, MDB liderlərinin sammitində və Rusiya Müdafiə Nazirliyinin kollegiyasında qaldırıb.

Putin bu qeydlərində Polşanı Çexoslovakiyanın bölüşdürülməsi məsələsində Almaniya ilə əməkdaşlıqda ittiham edib.

Rusiya prezidenti müharibə illərində Polşanın səfiri olmuş şəxsi “antisemit donuzu” adlandırmışdı.

Putin Sovet İttifaqının Polşaya müdaxiləsinə haqq qazandırmışdı.

O habelə həmin illərdə Polşa hökumətinin ölkəyə nəzarət edə bilməməsinə dair köhnə sovet tezislərini təkrar edib.

Putinin bu bəyanatları Polşada və Rusiya cəmiyyətində kəskin reaksiyalar yaradıb.

XS
SM
MD
LG