Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

Dubay əmirinin evdən qaçan arvadının Britaniyada olduğu xəbər verilir


Şahzadə Haya bint Hussein
Şahzadə Haya bint Hussein

Guardian yazır ki, Britaniya məhkəməsində Dubay əmiri Şeyx Mohammed bin Rashid al-Maktoum və onun ölkədən qaçdığı deyilən arvadı, şahzadə Haya bint al-Hussein arasında hüquqi çəkişmə başlanıb.

Şahzadə Haya bint al-Hussein İordaniyanın mərhum kralı Husseinin qızıdır və ərindən ayrılmaq istədiyi xəbər verilib.

Onların ayrılma məsələsinə hazırda Britaniya ali məhkəməsində baxılır. İşə şahzadə Dubaydan qaçdıqdan sonra başlanıb və məhkəmə öz işini bu ayın axırlarında davam etdirəcək.

Məqalədə deyilir ki, əmirin ailəsi artıq bundan əvvəl də xəbər başlıqlarına çıxmışdı, beləki Şeyx Mohammedin qızı Latifanın Dubaydan qaçdığı və Hindistan sahillərində hərbi komandos tərəfindən tutularaq zorla evinə qaytarıldığı xəbər verilirdi.

Əmirliyin hakimiyyət orqanları o vaxt Latifa ilə bağlı xəbərlərin, xüsusilə də onunla pis rəftar edildiyinə dair məlumatların yalan olduğunu bildirmişdi. Daha sonra isə onun oğurlandığı deyilmişdi.

Dubay əmiri Mohammed bin Rashid Al Maktoum
Dubay əmiri Mohammed bin Rashid Al Maktoum

Şahzadə Haya Britaniya monarx ailəsinə yaxın adamdır və Kenzinqton sarayı yaxınlığında 85 milyon funt sterlinqlik malikanənin sahibidir.

Guardian yazır ki, hərçənd şahzadənin cıdıra böyük marağı olsa da, o bu yay keçirilən Askot cıdırına tamaşa etmək üçün gəlməyib. Lakin onun Britaniyada olduğu düşünülür.

O milyarder Şeyx Mohammedlə 2004-cü ildə evlənib və onun altıncı arvadıdır. Şahzadə Britaniyanın özəl məktəblərində təhsil alıb, habelə Oksford Universitetində fəlsəfə, siyasət və iqtisad ixtisasları üzrə oxuyub.

O Beynəlxalq Olimpiya Komitəsində çalışıb, həmçinin BMT Ərzaq Proqramının xoşməramlı səfiri olub.

Guardian yazır ki, Dubay bir sıra şəxsi kanallarla şahzadəni Birləşmiş Ərəb Əmirliklərinə qaytarmağa çalışıb.

Şəxsi məsələ

Bu da xəbər verilir ki, şahzadə Haya şəxsi təhlükəsizliyindən narahatdır. Buna baxmayaraq Britaniya Xarici İşlər Nazirliyi bu bu məsələnin tam şəxsi səciyyə daşıdığını bildirib.

BƏƏ-nin Londondakı səfriliyi şahzadənin Dubaya qaytarılması üçün hər hansı danışıqlarda olduğunu inkar edib.

Səfirlik bildirib fərdlərin özəl məsələləri barədə heç bir şərh vermir.

Xəbər verilir ki, şahzadə Haya əvvəlcə Almaniyaya gəlib və burada sığınacaq almağa çalışıb.

Detained in Dubay (Dubayda saxlanmışlar) insan haqları kampaniya qrupunun rəhbəri Radha Stirling deyib:

“Biz artıq bilirik ki, Şeyx Mohammedin qızı şahzadə Latifa BƏƏ-dən qaçaraq sığınacaq istəyib və atasından pis rəftar gördüyünü iddia edib. İndi isə belə görünür ki, Şeyx Mohammedin arvadı şahzadə Haya da qaçıb və Almaniyadan sığınacaq istəyib.Təbiidir ki, bu, onu qaçmağa nəyin vadar etdiyinə dair suallar doğurur. Axı o hər halda azad və yetkin qadındır və İordaniya kralının bacısıdır. Amma buna baxmayaraq belə görünür ki, o təhlükəsizliyindən narahatdır”.

Guardian yazır ki, Şeyx Mohammedin vəkilləri şərh verməkdən boyun qaçırıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG