Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:47

Allah SMS-lə duaları qəbul edirmi?


İtaliyada telefonla tövbə xidməti

İngiltərənin cənubunda bir kilsə rəqəmsal zəmanə ilə ayaqlaşmaq üçün SMS-lə ibadətə icazə verib.

Svindon şəhərindəki müqəddəs Avqustin kilsəsinin təşkil etdiyi xüsusi telefon nömrəsinə duaları göndərmək mümkündür.

Bu mətnlər, yəni dualar kilsənin həftəlik ibadəti zamanı möminlərin qarşısında oxunur.

Keşiş Harvey Gibbons deyir ki, kilsəyə hər hansı səbəbdən şəxsən gələ bilməyənlər üçün belə bir xidməti yaratmağından məmnundur.

Bu xidmət işə düşəndən bəri müqəddəs Avqustin kilsəsinə yaxınlarının xəstəlikdən sağalmasından tutmuş Suriya münaqişəsinin tezliklə başa çatması üçün edilən dualaradək minlərlə SMS gəlib.

Keşiş Gibbons deyir ki, dini baxımdan birbaşa kilsədə bazar günü ibadəti zamanı söylənən dua ilə telefona göndərilən dua arasında heç bir fərq yoxdur.

Burası da var ki, göndərilən dualar ibadət vaxtı hər hansı xoşagəlməz anlaşılmazlığın olmaması üçün əvvəlcədən yoxlanır.

Din ekspertləri deyirlər ki, müqəddəs Aqustin kilsəsinin bu SMS yeniliyi Anqlikan kilsəsinin “rəqəmsal yevangelizminin” təzahürlərindən biridir.

Ötən il Şotlandiya Kilsəsi internetlə xaçaçur xidmətinin tətbiqinə başlayıb. İnternetlə canlı yayınlanan belə mərasimlərdə qohum-qardaş virtual olaraq iştirak edə bilir.

Britaniyadakı kiləsələr əlbəttə ki, sosial mediadan da fəal istifadə edirlər.

Məsələn Britaniyada altı filialı olan Əllincilərin Hillsong kilsəsinin İnstragramda bir milyondan çox izləyicisi var. Bunların arasında müğənni Justin Bieber və Çelsinin oyunçusu David Luiz-i də görmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG