Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Terrora hazırlıqda şübhəli bilinən 4 nəfər öldürülüb


Foto arxiv
Foto arxiv

Bakıda Azərbaycanda terror aktları törətməyə hazırlaşdığı deyilən şəxslərin zərərsizləşdirildiyi bildirilir.

Bu barədə fevralın 1-i Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən açıqlama yayılıb.

Açıqlamaya görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyində olan bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib, dini ekstremizm zəminində ölkə ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ə məlumat daxil olub.

«Ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – «Abu Hafsa» ləqəbli M.Ulubəyovun, «Abdulqərib» ləqəbli Q.Dəmirovun, «Əbdülxalid» ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və «Abdullah» ləqəbli S.Məmmədovun tutulmasından ötrü yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov, S.Məmmədov silahlı müqavimət göstərərkən... məhv edilib. F.Sadıqov isə şübhəli şəxs qismində tutulub»,-deyə məlumatda qeyd edilir.

Bu açıqlamaya, hələlik, öldürülən və saxlanan şəxsin yaxınlarının münasibəti bəlli deyil. Əməliyyat görüntüləri də ictimaiyyətə yayılmayıb.

DTK bundan 4 gün əvvəl də dini ekstremizmdə şübhəli bilinən Ceyhun Ocaqovun öldürüldüyü ilə bağlı məlumat yaymışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG